Deputatın şirkəti 2 milyonluq tenderi uddu
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, Komitə bununla bağlı “Azəri Med” MMC ilə müqavilə imzalayıb.
MMC-dən ümumilikdə 1 mln 841 min 152 manat dəyərində əməliyyatxana sərf materiallarının satın alınması ilə bağlı razılığa gəlinib.
Hazırkı reyestr məlumatlarında şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu göstərilir. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-dir. Şirkətin nizamnamə kapitalının 14 mln 187 min 360 manat olduğu bildirilir.
Qeyd edək ki, mediada dərc olunan məlumatlarda “Azəri Med” MMC-nin Milli Məclisin deputatı, Milli Onkologiya Mərkəzinin sabiq baş direktor müavini Kamaləddin Qafarova məxsus olduğu qeyd olunur.
Könül
Baxış sayı:73
Bu xəbər 16 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















