Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisdə 2024-cü ilin büdcəsinin icra vəziyyətinin müzakirəsi zamanı Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov deputat Əli Məsimlinin çıxışına etiraz edib.
Ölkə.Az xəbər verir ki, deputat Əli Məsimli büdcədən elm və təhsil sahəsinə ayrılan vəsaitin az olması və bunun artırılmasının vacibliyini qeyd edib.
Onun bu çıxışı həmkarı Əli Əhmədovun etirazına səbəb olub. Sədrin birinci müavini bildirib ki, ola bilsin deputat Əli Məsimli hansısa texnik
“O qeyd edib ki, elm və təhsilə ayrına vəsait 3-5 faiz təşkil edir.
Amma qeyd edim ki, büdcədən elm və təhsilə 4,5 milyard vəsait ayrılıb və bu da büdcənin haradasa 12 faizini təşkil edir”, - o qeyd edib.
Deputat Əli Məsimli isə məsələyə aydılıq gətirərək qeyd edib ki, o, elm və təhsilə ayrılan vəsaitin ÜDM-də payının 3-4 faiz təşkil etdiyini bildirib: “Ötən ilin büdcəsindən təhsilə büdcə xərclərinin 12 faizi, elmə 0,5 faizi qədər vəsait ayrılıb.
Təhsilə ayrılan vəsait ÜDM-in 3,5 faizi, elmə ayrılan vəsait isə 0,16 faizi qədərdir.