Icma.az
close
up
RU
Deputatlar arasında təhsil və elmə ayrılan büdcə ilə bağlı mübahisə

Deputatlar arasında təhsil və elmə ayrılan büdcə ilə bağlı mübahisə

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisdə 2024-cü ilin büdcəsinin icra vəziyyətinin müzakirəsi zamanı Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov deputat Əli Məsimlinin çıxışına etiraz edib.

Ölkə.Az xəbər verir ki, deputat Əli Məsimli büdcədən elm və təhsil sahəsinə ayrılan vəsaitin az olması və bunun artırılmasının vacibliyini qeyd edib. Onun bu çıxışı həmkarı Əli Əhmədovun etirazına səbəb olub.

Sədrin birinci müavini bildirib ki, ola bilsin deputat Əli Məsimli hansısa texniki yanlışlığa yol verib. “O qeyd edib ki, elm və təhsilə ayrına vəsait 3-5 faiz təşkil edir. Amma qeyd edim ki, büdcədən elm və təhsilə 4,5 milyard vəsait ayrılıb və bu da büdcənin haradasa 12 faizini təşkil edir”, - o qeyd edib.

Deputat Əli Məsimli isə məsələyə aydılıq gətirərək qeyd edib ki, o, elm və təhsilə ayrılan vəsaitin ÜDM-də payının 3-4 faiz təşkil etdiyini bildirib: “Ötən ilin büdcəsindən təhsilə büdcə xərclərinin 12 faizi, elmə 0,5 faizi qədər vəsait ayrılıb. Təhsilə ayrılan vəsait ÜDM-in 3,5 faizi, elmə ayrılan vəsait isə 0,16 faizi qədərdir. Elmə ayrılan vəsait bu sahə üzrə iqtisadi təhlüksizlik meyarının kritik həddindən 12 dəfə aşağıdır. On il bundan əvvəl Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul edilib. Təhsil Strategiyasında təhsil xərclərinin ÜDM-in 6-7 faizin çatdırılması və müəllimlərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılıb orta əməkhaqqından yüksəyə qaldırılması hədəfləndirilmişdi. “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda elmin maliyyələşdirilməsinin 2020-ci ilədək ÜDM-in 1%-i səviyyəsinə çatdırılması, elmi işçilərin əməkhaqqlarının 2 dəfə artırılması hədəfləndirilmişdi. Bunların heç biri həyata keçmədi. Ona görə də  BMT-nin araşdırmalarınına görə, Azərbaycanda elmi tədqiqat xərclərinin ÜDM-ə nisbətdə xüsusi çəkisi 0,16 olmaqla  151 ölkə arasında 121-ci, təhsilə ayrılan xərclərinin ÜDM-ə nisbətdə xüsusi çəkisi isə 3,5 faiz olmaqla 100 ölkə arasında 94-cü yerdə qərarlaşıb. Bu baxımdan ikinci mövzu kimi “Elm və təhsilin maliyyələşdirilməsinin optimallaşdırılması məslələri”nin birgə müzakirəyə çxarılmasını məqsədəuyğun hesab edirik. Təhsilin və elmin inkişaf səviyyəsi yeni əsaslarda yüksəldikcə, onun cəmiyyətimizin, o cümlədən dövlətin inkişafına və onun idarə edilməsinin elmiliyinin artırılmasına da təsiri də güclənəcək”.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 İyun 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri