Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Madrid “Real”ının futbolçusu Cud Bellinqem ilə “Atletiko”nun müdafiəçisi Kristian Romero arasındakı söz savaşının təfərrüatları məlum olub.
İdman.Biz “Madrid Xtra”ya istinadən xəbər verir ki, futbolçular argentinalı müdafiəçinin kobud qayda pozuntusundan sonra mübahisə ediblər. Münaqişə zamanı Bellinqem Romeronun Argentina millisindəki komanda yoldaşı Lionel Messini xatırladıb.
“Sən Messinin yanında olanda çox danışırsan. Amma burada sən heç kəssən”, – deyə Bellinqem rəqibinə bildirib.
Güman edilir ki, cavabında Romero ingilislərə İngiltərə millisinin uduzduğu dünya çempionatının yarımfinalını xatırladıb.
Madrid derbisi “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.