Derbidə söz dueli: Bellinqemdən Romeroya Messi ilə bağlı atmaca
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Madrid “Real”ının futbolçusu Cud Bellinqem ilə “Atletiko”nun müdafiəçisi Kristian Romero arasındakı söz savaşının təfərrüatları məlum olub.
İdman.Biz “Madrid Xtra”ya istinadən xəbər verir ki, futbolçular argentinalı müdafiəçinin kobud qayda pozuntusundan sonra mübahisə ediblər. Münaqişə zamanı Bellinqem Romeronun Argentina millisindəki komanda yoldaşı Lionel Messini xatırladıb.
“Sən Messinin yanında olanda çox danışırsan. Amma burada sən heç kəssən”, – deyə Bellinqem rəqibinə bildirib.
Güman edilir ki, cavabında Romero ingilislərə İngiltərə millisinin uduzduğu dünya çempionatının yarımfinalını xatırladıb.
Madrid derbisi “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:Bellinqemdən Avropa rekordu
18 İyun 2026 14:36
Garcia WBA Regular Title üçün Romeroya uduzdu
03 May 2025 10:01
Derbidə rekord
02 Dekabr 2024 09:01
Bellinqemdən Real a 80 milyonluq tələb
06 Yanvar 2026 14:27
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik (Video)
17 Sentyabr 2026 10:51
Baxış sayı:131
Bu xəbər 22 Sentyabr 2026 05:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















