Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır. Günel MUSADoğulduğumuz gündən ölənə qədər sevilmək və qəbul olunmaq üçün mübarizə ap
Hər iki hissə sahib ola bilmək üçün isə həyatımız boyu bir çox səhvlərə yol veririk.
Son illər insanlar arasında ən çox müzakirə olunan mövzulardan biri də səmimiyyətdir. Bir-birimizi daim səmimiyyətsizlikdə ittiham edirik.
Amma reallıq budur ki, heç birimiz digərimizdən daha səmimi deyilik.
"İnsanlar niyə səmimi olmaq istəmirlər?" Bunun əsas səbəblərindən biri cəmiyyətin reaksiyasından qorxmaqdır.
İnsanlar özləri haqqında hər şey bilindiyi zaman əvvəlki kimi hörmət görməməkdən, sevilməməkdən, təqdir edilməməkdən, dostlarını, hətta işlərini itirməkdən qorxurlar.
Hər bir insan sevilmək, bəyənilmək, təriflənmək, qəbul olunmaq istəyir. Amma bu da aydın olmalıdır ki, hamı bizi sevə, qəbul edə bilməz.
Hər insanla xasiyyətimiz tutmaya və önyarqılarla qarşılaşa bilərik. Bu, çox normaldır.