Icma.az
close
up
RU
Dərdimiz və çarəmiz: qəhətə çıxmış səmimiyyət Günel Musa yazır

Dərdimiz və çarəmiz: qəhətə çıxmış səmimiyyət Günel Musa yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Günel MUSA

Doğulduğumuz gündən ölənə qədər sevilmək və qəbul olunmaq üçün mübarizə aparırırq. Hər iki hissə sahib ola bilmək üçün isə həyatımız boyu bir çox səhvlərə yol veririk. Son illər insanlar arasında ən çox müzakirə olunan mövzulardan biri də səmimiyyətdir. Bir-birimizi daim səmimiyyətsizlikdə ittiham edirik. Amma reallıq budur ki, heç birimiz digərimizdən daha səmimi deyilik.  "İnsanlar niyə səmimi olmaq istəmirlər?" Bunun əsas səbəblərindən biri cəmiyyətin reaksiyasından qorxmaqdır. İnsanlar özləri haqqında hər şey bilindiyi zaman əvvəlki kimi hörmət görməməkdən, sevilməməkdən, təqdir edilməməkdən, dostlarını, hətta işlərini itirməkdən qorxurlar. Hər bir insan sevilmək, bəyənilmək, təriflənmək, qəbul olunmaq istəyir. Amma bu da aydın olmalıdır ki, hamı bizi sevə, qəbul edə bilməz. Hər insanla xasiyyətimiz tutmaya və önyarqılarla qarşılaşa bilərik. Bu, çox normaldır. O zaman özümüzə verəcəyimiz sual bu olmalıdır: Biz özümüz olaraq sevilmək istəyirik, yoxsa sırf başqalarını məmnun etmək üçün yaratmış olduğumuz obrazı oynayaraq özümüzü aldatmaqmı?

Səmimiyyət risk daşıyan bir hissdir. Bu gün insanların psixoloqa getmə səbəblərindən biri də insanların ətrafında bir çox mövzuda düşüncələrini, hisslərini, qorxularını paylaşa biləcək qədər güvəndiyi kimsələrinin olmamasıdır. Öz düşüncələrimizi olduğu kimi bildirməkdən qorxduğumuz üçün bu gün bəşəri bir bədbinlik, bədbəxtlik sarıb dörd tərəfimizi. Əgər sevdiyimiz insanları mühakimə, ittiham etmədən dinləmək, sadəcə özləri olduğu üçün qəbul etmək və onları dəyişmək əvəzinə anlamağa çalışsaq, hər kəs çox xoşbəxt olardı.

Fikir verirsinizsə, bu gün ən səmimi münasibətlərin belə təməlində almaqdan çox vermək var. Ən yaxınlarımızla belə tənqid edilmək, qəbul olunmamaq, ittiham olunmaq qorxusu ilə həqiqi hisslərimizi paylaşmaqdan qaçırıq.

Düşüncə və gözləntilər dayanmadan dəyişir, inkişaf edir. Biz ümidlərimizi, hisslərimizi qarşımızdakı insanlarla paylaşa bilməyi və qarşımızdakı insanı sadəcə anlamaq üçün dinləməyi, fikir və hisslərimizi özünü ifadə edən şəxsin önünə keçirməməyi bacarmırıq, təəssüf ki.

"Dünyanın nümayişkaranə tərəfləri və saxta, şəxsi mənafeyini düşünən insanlar diqqətimi cəlb etmir. Mənə bir az ürəyi gözəl  və səmimi insan lazımdır" - deyib Maksim Qorki. İnsan olmağın ən əhəmiyyətli xüsusiyyətlərinin təməlində qarşımızdakı insanlarla qurduğumuz səmimiyyət dayanır. Ancaq səmimiyyət anlayışı ilə saxtakarlıq arasındakı qırmızı xətti də gözardı etməməliyik. Bu qırmızı xətti keçmədən saxtalıqdan uzaq isti və səmimi bir münasibət yarada bilmək bacarığı hər insanda olmayan bir xüsusiyyətdir. Günümüzdə ətrafınızdakı dostlara, tanışlara bir diqqət edin. Sizinlə nə üçün nə dərəcədə "səmimi" bir münasibət içərisindədirlər? İctimai statusunuzun yaxşı olduğu, ya da yaxşı bir işiniz vəzifəniz üçün ola bilərmi? Belə olduğu halda sizi o insanlarla bağlayan şeyin adı səmimiyyət yox, maraqdır. Tanınmış türk yazıçısı Əhməd Ümidin də söylədiyi kimi: "İnsanın ən səmimi olduğu anlar ölümə və pula çox yaxınlaşdığı anlardır. Əsl xarakterimiz o zaman üzə çıxır".

Bu da bir həqiqətdir ki, həyatımıza sürətlə daxil olan texnoloji yeniliklər insan münasibətlərini də saxtalaşdırır və səmimiyyət kimi gözəl xüsusiyyət artıq maraqlara indekslənir. Bunu tam aydın görmək üçün sadə bir fakta diqqət edək. Sosial şəbəkələrədə hamımız dostluğumuzda ancaq ictimai statusu yüksək insanların olmasına əhəmiyyət veririk. Lakin təkbətək ünsiyyətdən imtina edirik. Feysbuk, instaqram, tviter kimi sosial media platformalarında yüzlərlə, minlərlə "dostumuz" var. Ancaq bu insanların neçəsi ilə qarşılıqlı ünsiyyət yarada bilirik? Oradakılar sadəcə fotolarından tanıdığımız və yediklərini, içdiklərini, ailə quruluşunu virtual olaraq izlədiyimiz insan kütləsidir.

Zənnimcə, bütün insanların həyatları boyu səmimi olduğu yalnız bir dövr var, o da uşaqlıqdır. Çünki uşaqlar böyüklər kimi vəziyyətə görə davranmağı bacarmırlar. Onlar hər zaman içlərindən gəldiyi kimi davranır, düşüncələrini maskasız, ütüsüz ifadə edir. Ancaq böyüdükcə bu sehr pozulur. Zamanla hər şeydən qorxub çəkinməyə başlayırıq. İçində olduğumuz vəziyyətə, insana hansı maska uyğun gəlirsə, onu taxırıq. Üst-üstə geyindiyimiz geyimlər kimi zamanla içinə girdiyimiz qəliblər də bizi boğmağa başlayır və daşıya bilməyəcəyimiz bir yükə çevrilir. Amma bir çoxumuz bu qəliblərin içində boğulsaq da, ordan xilas olmaq üçün bu vəziyəti dəyişdirməyə çalışmadan, qəbul edərək yaşamağa davam edirik. Beləliklə də, bir-birimizdən uzaqlaşırıq.

Səmimiyyət bir az da ruhların bir-biri ilə təmas halıdır. Səmimiyyət isti havada daldalandığımız kölgə, yorğunluqdan sonra içilən yaxşı dəmlənmiş bir çay kimidir. Həyatın gündəlik qarğaşasında soyuq və yad münasibətlərdən uzaqlaşıb özümüzə təslim olduğumuz andır səmimiyyət. Təəssüf ki, əsas ehtiyaclarımızdan olmasına baxmayaraq, çoxumuz bunun fərqində deyilik.

Son illər boşanmaların sayının artmasından gileylənirik. İttiham edirik, günahkar axtarırıq. Lap çoxdan sosial şəbəkədə oxuduğum "Cütlüklər sevgili və nişanlı vaxtlarında bir-biri ilə olduqları kimi davransaydılar, bu qədər boşanma olmazdı" deyə bir paylaşımı xatırladım. Nə qədər doğru bir müşahidədir, deyilmi? 20-30-40 illik evliliklər bir gecədə  bitir, cütlüklər birlikdə keçirdikləri zamanları heçə sayaraq ayrılılırlar. Hətta amansızcasına bir-birini məhkəmələrə verirlər. Çünki insanlar artıq taxdıqları maskalardan bir yerdən sonra sıxılmağa başlayırlar. Evlilik cütlüklər arasında sağlam münasibətlərin olmasına zəmanət vermir, təəssüf ki. Səmimi düşüncələrimin qəbul edilməyəcəyini bilsəm də, deməliyəm ki, evlilik heç də hər zaman həyatın həqiqi məqsədinə xidmət etmir. Bir halda ki, insanların ortaq maraq dairəsi uşaq dünyaya gətirməkdir, uşaq böyüyüb evdən ayrılarkən məqsəd də bitmiş sayılır. Bütün münasibətlərdə, hətta ən mükəmməl hesab etdiklərimizdə belə, mütləq bir problem var. Çünki heç bir insan mükəmməl deyil. İnsanı insan edən də məhz bu xüsusiyyətidir. İnsanlar münasibət qurmağa çalışdıqları zaman səmimi olmağı plandan çıxarır. Çünki səmimi olmaq özümüzü qarşımızdakı insana ifşa etmək deməkdir. Səmimiyyət sirlərimizi, xəyallarımızı, qorxularımızı, hədəflərimizi, problemlərimizi qarşımızdakı insanla paylaşmaq deməkdir. Özümüzü maska taxmadan, olduğumuz kimi qarşımızdakına ifadə etməkdir. Səmimiyyətsiz, dayaz münasibətlər - görüşlər, söhbətlər sadəcə özümüzü aldatmaq istəyimizi göstərir. Bəyənildiyimizi, tanındığımızı, sevildiyimizi düşünmək bizə özümüzü əhəmiyyətli hiss etdirə bilər. Amma unutduğumuz bir şey var ki, hər kəsi aldada bilərik, özümüzü əsla. Bu həqiqət bizi daxilən bədbinləşdirir. Həyatımızda hər cür münasibət, ətrafımızda bir çox insan olsa da, o amansız boşluq hissi içimizdə kök salır.

Səmimi münasibətlər qura bilməyən bir çox insan ətrafını mütəmadi nəzarətdə saxlamağa çalışır. Məsələn, tez-tez qonaqlıqlar təşkil edir, insanları ətrafına toplamaq üçün onlara jestlər edir. Bu isə illuziyadır, səmimiyyət deyil. Məşhur amerikalı Deyl Karenginin sözləri ilə yekunlaşdırmaq istəyirəm fikirlərimi:

"Unutma,

Bir insanın üzündəki ifadə

Əynindəki paltardan daha önəmlidir..."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri