Detoks doğrudanmı vacibdir? Həkimlərdən maraqlı açıqlama

30.01.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Son illər sağlam həyat tərzi ilə maraqlanan insanlar arasında detoks – yəni orqanizmin xüsusi üsullarla təmizlənməsi geniş yayılıb. Bir çoxları bunun sağlamlığı və psixoloji rahatlığı qorumaq üçün mütləq vacib olduğunu düşünür. Lakin mütəxəssislər bu məsələyə daha ehtiyatlı yanaşmağı tövsiyə edirlər.
Demokrat.az
xəbər verir ki, rusiyalı həkim Olqa Aleksandrova mövzu ilə bağlı açıqlamasında insan orqanizminin özünü təmizləmək üçün kifayət qədər mükəmməl mexanizmlərə malik olduğunu bildirib. Onun sözlərinə görə, detoksikasiya təbii şəkildə qaraciyər, böyrəklər, bağırsaqlar, ağciyərlər, dəri və immun sisteminin birgə fəaliyyəti nəticəsində baş verir.
Həkim qeyd edib ki, bu prosesdə əsas yük qaraciyərin üzərinə düşür. Qaraciyər toksinləri əvvəlcə suda həll olunan formaya salır, daha sonra isə onları amin turşuları və qlütationla birləşdirərək böyrəklər, bağırsaqlar və dəri vasitəsilə orqanizmdən kənarlaşdırır.
Mütəxəssis vurğulayıb ki, orqanizmin bu təbii funksiyasını gücləndirmək üçün bahalı detoks proqramlarına ehtiyac yoxdur. Bunun əvəzinə gündəlik həyat tərzində bir neçə sadə qaydaya əməl etmək kifayətdir.
Belə ki, konservantlar və süni qatqılarla zəngin qidaların istehlakı minimuma endirilməli, rasiona liflə zəngin tərəvəzlər, meyvələr, dənli və paxlalı bitkilər əlavə olunmalıdır. Gün ərzində kifayət qədər su içmək – təxminən 2 litr – orqanizmin normal fəaliyyəti üçün vacib hesab olunur. Eyni zamanda, fiziki aktivlik, eləcə də hamam və sauna kimi üsullar vasitəsilə tərləmənin təşviqi toksinlərin xaric olunmasına müsbət təsir göstərə bilər.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью