“Deyirdilər ki, futbolçulardan pul yığmışam, oyunları almışam” Tərlan Əhmədov | Icma.az
Icma.az, Tribuna saytına istinadən bildirir. “Neftçi”nin və “Kəpəz”in sabiq baş məşqçisi Tərlan Əhmədov bu komandalardan ayrılması barədə da
Tribunainfo.az xəbər verir ki, o, Offsideplus.az saytına açıqlamasında haqqında şayiələr yayıldığını bildirib.
O, əvvəlcə “Neftçi”dən necə göndərilməsindən söz açıb: “Federasiyadan (AFFA nəzərdə tutulur – red.) “Neftçi” rəhbərliyinə məktub göndərmişdilər.
Guya mən futbolçulardan pul yığmışam, oyunları almışam. Daha sonra araşdırma aparıldı. Məlum oldu ki, bunların hamısı yalandır.
Etiraf edim ki, “Keşlə”də ilk mövsüm uğursuz alınmışdı. Ancaq ikinci il mükafatçılar sırasına düşdük. Komanda tam formalaşmışdı.
Lakin gözləmədiyim halda, “Neftçi”dəki ssenari təkrarlandı. Yenə məni yola saldılar.
T.Əhmədov daha sonra “Kəpəz”dən necə ayrılmasına aydınlıq gətirib: “Kəpəz”i qəbul edəndə, 6 turdan sonra 0 xalı var idi.
Komanda Premyer Liqada sonuncu, 10-cu yeri tuturdu. Yekunda mövsümü 7-8-ci pillələrdə başa vurduq. “Sumqayıt”la eyni xal toplamışdıq.
Tam oxu
Xəbəri oxu