Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

“Deyirdilər ki, futbolçulardan pul yığmışam, oyunları almışam” Tərlan Əhmədov

“Deyirdilər ki, futbolçulardan pul yığmışam, oyunları almışam” Tərlan Əhmədov

Icma.az, Tribuna saytına istinadən bildirir.

“Neftçi”nin və “Kəpəz”in sabiq baş məşqçisi Tərlan Əhmədov bu komandalardan ayrılması barədə danışıb.

Tribunainfo.az xəbər verir ki, o, Offsideplus.az saytına açıqlamasında haqqında şayiələr yayıldığını bildirib.

O, əvvəlcə “Neftçi”dən necə göndərilməsindən söz açıb: “Federasiyadan (AFFA nəzərdə tutulur – red.) “Neftçi” rəhbərliyinə məktub göndərmişdilər. Guya mən futbolçulardan pul yığmışam, oyunları almışam. Daha sonra araşdırma aparıldı. Məlum oldu ki, bunların hamısı yalandır. Etiraf edim ki, “Keşlə”də ilk mövsüm uğursuz alınmışdı. Ancaq ikinci il mükafatçılar sırasına düşdük. Komanda tam formalaşmışdı. Lakin gözləmədiyim halda, “Neftçi”dəki ssenari təkrarlandı. Yenə məni yola saldılar.

T.Əhmədov daha sonra “Kəpəz”dən necə ayrılmasına aydınlıq gətirib: “Kəpəz”i qəbul edəndə, 6 turdan sonra 0 xalı var idi. Komanda Premyer Liqada sonuncu, 10-cu yeri tuturdu. Yekunda mövsümü 7-8-ci pillələrdə başa vurduq. “Sumqayıt”la eyni xal toplamışdıq. Əsas odur ki, “Kəpəz” Premyer Liqada qaldı. Ancaq nə etmək olar ki, yenə hər şey təkrarlandı: üstümə şər atıldı, təzyiqlər göstərildi, müqaviləmin müddəti artırılmadı. Guya çox danışıram, futbolun inkişafını istəmirəm…”.

“Bunu kimlərin təşkil etdiyini bilirdiniz” sualına təcrübəli mütəxəssis belə cavab verib: “Şübhəsiz ki, bu işin arxasında kimsə var. Məqsəd Tərlan Əhmədovun uğurlarına kölgə salmaqdır. Nəticələr verməyim kimlərəsə sərf eləmir. Ümumiyyətlə, mənim çempionatda məşqçi vəzifəsində işləməyimi istəmirlər. Bəzi klub rəhbərlərinə mənim haqqımda danışanda reaksiyaları belə olur: “Tərlan Əhmədovun xarakteri pisdir”. Sanki mənə ərə gələcəklər. Yəni, bu cür savadlı mütəxəssisləri, bilikli futbol adamlarını kənarda qoyurlar. Təsəvvür edin ki, Azərbaycan futbolunda bütün sahələrdən – istər incəsənət, istər təhsil sferasının, istərsə də digər idman növlərinin nümayəndələri var. Adlı-sanlı veteran futbolçuların əksəriyyəti isə kənarda qalıb. Fikir verin, bu veteran futbolçular nə incəsənətdə təmsil olunurlar, nə təhsil sistemində, nə digər idman növlərdə, nə də başqa sahələrdə. Həyatımızı bəxş etdiyimiz futbolda bizə yer yoxdur. PRO kateqoriyası al, enerjini, vaxtını sərf elə, Azərbaycan futboluna töhvə verməyə çalış, amma sənin üzünə bütün qapıları bağlasınlar. Deyirlər ki, Tərlanın xarakteri pisdir… Deyirlər ki, Tərlan rəhbərliklə yola getmir…Bir nəfər klub rəhbəri şəxsən gəlib mənə demədi ki, səninlə işbirliyi qurduq, amma sən filan məsələləri düzgün etmədin, ona görə əməkdaşlığımız sona çatdı. İstənilən klub rəsmisini debata çağırıram. Qoy gəlsin mənim səhvlərimi, nə vaxt xoşagəlməz hərəkətlərə yol verdiyimi desin. Mənimlə bağlı yalnız şayiələr dolaşır. Adıma ləkə yaxıb, barəmdə mənfi formalaşdırırlar ki, hansısa klubda baş məşqçi olmayım”.

Məşqçi Azərbaycan futbolunun gələcəyi ilə bağlı da maraqlı fikirlər səsləndirib: “Harada olacağımı bilmirəm. Məlum deyil ki, məşqçi işləyəcəyəm və ya yox. Nəticə heç kimə önəmli deyil. Görünür, mənim iş prinsipim, quruculuq fəaliyyətim, konkret nəticələrim yox, bəzi klub rəhbərlərinin şəxsi mənafeləri vacib əhəmiyyət daşıyır. Futbolun inkişafı məqsədilə atılan addımları, həyata keçirilən planları görürük. Ancaq bizə çatanda deyirlər ki, sən lazım deyilsən, bizim başqa namizədlərimiz var. Hərdən fikirləşirəm ki, mən futbol oynamışammı? Doğrudanmı, mən gənclər arasında Avropa çempionu olmuşam? Eyni ssenari ilə 3 klubdan işdən çıxarılmağımı heç kimi araşdırmadı. Hətta yetişirdiyim futbolçuları da klublardan qovurlar. AZAL-da işlədiyim dövrdən son vaxtlara qədər üzə çıxardığım perspektivli uşaqları indi mənə görə oynatmırlar. “Azərbaycanda savadlı mütəxəssislər yoxdur” fikrini formalaşdırıb, futbolumuza belə zərbə vururlar. Kifayət qədər məşqçilərimiz, mütəxəssislərimiz var. Heç bir klubda və ya AFFA-da adlı-sanlı veteran futolçuların fikirləri soruşulmur. Futbol Veteranları İttifaqının sədri Oqtay Adullayevlə işbirliyi yaradılmır. Futbol veteranlarının aqibətinin necə olacağı bilinmir. Ümumiyyətlə, biz heç yerə yaxın buraxılmırıq. O qədər faktlar var ki… Bunların hamısını açıqlaya bilərəm. Ancaq bu gün çoxlarına düz söz maraqlı deyil. Onlara yalan maraqlı gəlir. Kimlərsə adıma söz çıxaranda, məni müzakirəyə çıxarıb, bundan öz maraqları naminə yararlanır. Çünki belələrinə əsassız söz-söhbətlər, şayiələr cəlbedici gəlir. Heyif ki, cəmiyyət indi yalana, şayiələrə daha çox üstünlük verir. Buna baxmayaraq, mən öz hüquqlarımı həmişə qoruyacağam. Təkrar edirəm, mənə heç bir klubdan təklif gəlməyib, qoy heç bir baş məşqçi təşvişə düşməsin. Onsuz da indi futbolda karusel prinsipini yaradıblar. Bir məşqçi klubla vidalaşır, dərhal digərinə keçir. Daha sonra az müddət işsiz qalıb, yenə hardasa baş məşqçi vəzifəsi ilə təmin olunur. Məşqçilər var ki, illərdir Premyer Liqada qalmaq uğrunda mübarizə aparan klublarda çalışırlar. Tərlan Əhmədov isə çalışdığı komandaya medal qazandıran kimi işindən çıxarılır. Bəli, mən nizam-intizamı sevən insanam, çox ciddiyəm. Nizam-intizam mənim üçün ən yüksək sırada durur. Yəqin ki, bu xarakterim bəzilərinin xoşuna gəlmir. Gələcəkdə nə işlə məşğul olacağım bəlli deyil. Ümidvaram ki, sözlərimin hamısını yazacaqsınız. Düşünürəm ki, əgər Azərbaycan futbolunun gələcəyini istəyirsinizsə, belə məqamları araşdırmalı və işıqlandırmalısınız”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Aprel 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri