Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Postmünaqişə dövründə regionda dayanıqlı sülhün təmin olunması ilə yanaşı, ölkədə siyasi dialoq və milli həmrəylik mühitinin təşviq olunması prioritet vəzifələrdən biridir.
Siyasi partiya sədrlərinin, QHT rəhbərlərinin, siyasi şərhçilərin, media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin müntəşəm təşkili də siyasi dialoq və həmrəylik arxitekturasının möhkəm təməllər üzərində oturuşmasında olduqca önəmli rol oynayır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan yeni siyasi konfiqurasiya və siyasi dialoq kursu çərçivəsində martın 6-da siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin Xankəndi, Əsgəran və Xocalıya təşkil olunan birgə səfəri də cəmiyyətdəki birlik ab-havasının qalıcı xarakter almasına ciddi töhfə verəcək.
Biz bundan əvvəl də bu qəbildən olan səfərlərin iştirakçısı olmuşuq, Ağdam, Şuşa, Zəngilana təşkil olunan səfərlərdə iştirak etmişik.Bu cür səfərlər işğal dövründə ermənilərin vandalizm siyasətinin nəticəsində şəhər və kəndlərimizin, tarixi abidələrimizin, məscid və ziyarətgahlarımızın, muzeylərimizin necə dəhşətli dağıntılara məruz qaldığını əyani surətdə görmək imkanı yaratmaqla yanaşı, eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra Cənab Prezidentin rəhbərliyi ilə bu ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini izləməyə şərait yaradır, habelə Böyük Qayıdış prosesinin gedişatı ilə yaxından tanış olmaq imkanı verir.Bu səfərlər həmçinin partiyalar arasında sağlam münasibətlərin formalaşmasında da mühüm rol oynayır.
Prezident İlham Əliyevin ölkədə fəaliyyət göstərən siyasi partiyalar arasında yeni münasibətlər sisteminin formalaşdırılması istiqamətində atdığı addımların təzahürü olaraq təşkil olunan dəyirmi masalar, görüşlər, eləcə də işğaldan azad edilmiş ərazilərə bu cür səfərlər dayanıqlı dialoq ənənələrinin dərinləşməsinə, ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin siyasi dialoq və konstruktiv əməkdaşlıq zəminində inkişaf etməsinə xidmət edir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı və moderatorluğu ilə gerçəkləşən silsilə tədbirlər və səfərlər ölkəmizin mövcud siyasi reallıqlarında dialoq imkanlarının dəyərləndirilməsini, konstruktiv əməkdaşlıq üçün platformaların müəyyən edilməsini və milli maraqlar uğrunda birgə addımların atılmasını stimullaşdırır.
Bunun nəticəsində siyasi mədəniyyət təkmilləşir, yeni siyasi ənənələr formalaşır və həm partiyalararası münasibətlər, həm də iqtidar-müxalifət münasibətləri sağlam zəmində inkişaf etmək imkanı qazanır.