Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Dəyirmi masalar, görüşlər, səfərlər birlik və həmrəyliyin vacib elementlərinə çevrilir

Dəyirmi masalar, görüşlər, səfərlər birlik və həmrəyliyin vacib elementlərinə çevrilir

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Postmünaqişə dövründə regionda dayanıqlı sülhün təmin olunması ilə yanaşı, ölkədə siyasi dialoq və milli həmrəylik mühitinin təşviq olunması prioritet vəzifələrdən biridir. Siyasi partiya sədrlərinin, QHT rəhbərlərinin, siyasi şərhçilərin, media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin müntəşəm təşkili də siyasi dialoq və həmrəylik arxitekturasının möhkəm təməllər üzərində oturuşmasında olduqca önəmli rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan yeni siyasi konfiqurasiya və siyasi dialoq kursu çərçivəsində martın 6-da siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin Xankəndi, Əsgəran və Xocalıya təşkil olunan birgə səfəri də cəmiyyətdəki birlik ab-havasının qalıcı xarakter almasına ciddi töhfə verəcək.
Biz bundan əvvəl də bu qəbildən olan səfərlərin iştirakçısı olmuşuq, Ağdam, Şuşa, Zəngilana təşkil olunan səfərlərdə iştirak etmişik.
Bu cür səfərlər işğal dövründə ermənilərin vandalizm siyasətinin nəticəsində şəhər və kəndlərimizin, tarixi abidələrimizin, məscid və ziyarətgahlarımızın, muzeylərimizin necə dəhşətli dağıntılara məruz qaldığını əyani surətdə görmək imkanı yaratmaqla yanaşı, eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra Cənab Prezidentin rəhbərliyi ilə bu ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini izləməyə şərait yaradır, habelə Böyük Qayıdış prosesinin gedişatı ilə yaxından tanış olmaq imkanı verir.
Bu səfərlər həmçinin partiyalar arasında sağlam münasibətlərin formalaşmasında da mühüm rol oynayır. Prezident İlham Əliyevin ölkədə fəaliyyət göstərən siyasi partiyalar arasında yeni münasibətlər sisteminin formalaşdırılması istiqamətində atdığı addımların təzahürü olaraq təşkil olunan dəyirmi masalar, görüşlər, eləcə də işğaldan azad edilmiş ərazilərə bu cür səfərlər dayanıqlı dialoq ənənələrinin dərinləşməsinə, ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin siyasi dialoq və konstruktiv əməkdaşlıq zəminində inkişaf etməsinə xidmət edir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı və moderatorluğu ilə gerçəkləşən silsilə tədbirlər və səfərlər ölkəmizin mövcud siyasi reallıqlarında dialoq imkanlarının dəyərləndirilməsini, konstruktiv əməkdaşlıq üçün platformaların müəyyən edilməsini və milli maraqlar uğrunda birgə addımların atılmasını stimullaşdırır. Bunun nəticəsində siyasi mədəniyyət təkmilləşir, yeni siyasi ənənələr formalaşır və həm partiyalararası münasibətlər, həm də iqtidar-müxalifət münasibətləri sağlam zəmində inkişaf etmək imkanı qazanır. Bu baxımdan əminliklə deyə bilərik ki, sözügedən tədbirlər və səfərlərin əhəmiyyəti təkcə siyasi dialoqu, siyasi dayanıqlılığı stimullaşdırmaqla məhdudlaşmır. Dəyirmi masalar, görüşlər, səfərlər həmçinin birlik və həmrəyliyin vacib elementlərinə çevrilir.
Xankəndi, Əsgəran və Xocalıya ötən gün baş tutan birgə səfər də həm siyasi, həm də mənəvi birliyimizin dönməz xarakter almasına həqiqətən də böyük töhfə oldu. Müxtəlif siyasi əqidə daşıyıcılarını və ideoloji düşüncə sahiblərini azad torpaqlarımızda bir araya gətirən bu səfərin önəmi kifayət qədər böyükdür. Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Xankəndi şəhərində iştirakçıların qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı surətdə təşviq olunan siyasi dialoq və milli həmrəylik mühitinin strateji əhəmiyyəti haqqında, eləcə də bu istiqamətdə görülən praktik işlər barədə ətraflı məlumat verdi.
Səfər iştirakçılarına Əsgəran qala kompleksini ziyarət etmək, Xocalı Soyqırım memorialında görülən işlərlə tanış olmaq, habelə Böyük Qayıdışın uğurlu ünvanlarından birinə çevrilən Ballıca kəndinin dirçəlişini müşahidə etmək imkanı yaradıldı. Xankəndi ziyarətimiz də kifayət qədər zəngin və yaddaqalan oldu. Belə ki, səfər çərçivəsində Qarabağ Universitetinə baş çəkdik, bölgənin və ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq bu ali təhsil ocağının maddi-texniki imkanlarıyla, perspektiv planlarıyla tanış olduq. Rektor Şahin Bayramov universitetin ilk tədris ili və gələcək əməkdaşlıq planları barədə bizə ətraflı məlumat verdi.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Zəfər paradının keçirildiyi meydanı da ziyarət etdik. Zəfər meydanında iqtidar və müxalifət partiyalarının, analitiklərin və media nümayəndələrinin bir araya gəlməsi, birlik və həmrəylik nümayiş etdirməsi Azərbaycanın ən yeni siyasi tarixi üçün gerçəkdən də mühüm hadisədir. Eyni zamanda, bu rəmzi toplantı düşmənlərimizə də tarixi mesajdır. Ölkənin ictimai-siyasi elitasının Xankəndidəki Zəfər meydanından nümayiş etdirdiyi birlik atmosferi azərbaycanlıların bu şəhərin tarixi sahibləri olduğunu bir daha bütün dünyaya göstərdi.
Biz siyasilər milli həmrəylik ovqatına köklənərək Xan şəhərimizə gəldik. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizin sayəsində bu unudulmaz ziyarət baş tutdu. Biz indi Qarabağın və Şərqi Zəngəzurun hər guşəsini qarış-qarış gəzib, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinin ağır nəticələrini, erməni vandalizminin qanlı izlərini dünyaya göstərə bilirik. Bu səfərlər həm də erməni faşizminin gerçək üzünü dünyaya tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Dünya kimin kim olduğunu görməli, ermənilərin barbar, azərbaycanlıların qurucu xalq olduğunu əyani müqayisə etmək imkanı əldə etməlidir. Bu baxımdan, səfər əsnasında Azərbaycan Respublikasının Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubovla söhbətlərimiz də faydalı oldu. Onun verdiyi məlumatlar burada aparılan bərpa və yenidənqurma işlərinin miqyası barədə real təsəvvür əldə etməyimizə imkan yaratdı.
Ölkənin ictimai-siyasi qüvvələrinin yenidən bir araya gəlməsinə vəsilə olan və günəşli bir günə təsadüf edən bu səfər böyük Zəfərimizin nəticələri ilə əyani tanışlığımızın növbəti həlqəsi oldu. Xankəndi, Xocalı kimi hər birimiz üçün əziz olan, müqəddəs olan yerlərə bu cür tarixi əhəmiyyətli səfər doğrudan da əsl Zəfər ovqatlı bir səfər oldu. Tarix qoxuyan şəhərlərimizin, kəndlərimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin sayəsində Xocalıda, Xankəndidə Zəfərimizin dəyərini bir daha dərindən hiss etdik. Biz indi həqiqətən də tariximizin ən qürurlu anlarını yaşayırıq. Ümummilli maraqlar və dövlətçilik kimi dəyərlər siyasi mövqeyimizdən asılı olmayaraq hamımızı bir bayraq altında birləşdirir. Odur ki, milli birliyimizlə hər çətinliyin öhdəsindən gələ və bütün qlobal hədəflərimizə nail ola bilərik. Tanrı birliyimizi qorusun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see289

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see225

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see211

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see207

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see204

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri