Dəyişən dünya nizamı: Azərbaycan rol oynaya bilər... Deputat | Icma.az
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son dövrlər qloballaşma institutları əsasında investisiya fəaliyyətinin səmərəli formalaşdırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, regional iqtisadi inteqrasiyanın aktuallığı artmaqdadır.
Qlobal əmək bölgüsü sisteminin deqradasiyası və ənənəvi nəqliyyat və logistika arteriyalarının böhranı bölgə ölkələrinin regional istehsal klasterlərinin yaradılması və makro bazarın formalaşdırılmasını aktuallaşdırır.
Eyni zamanda, iqtisadiyyatda regional inteqrasiya meyllərinin inkişafını sürətləndirmək üçün müvafiq təkanlara ehtiyac var.
Hesab edirəm ki, həmin drayverlərdən biri məhz enerji amili olmalıdır. Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
Onun sözlərinə görə, iqtisadi inkişafın özəyini təşkil edən enerji sektoru dünya iqtisadiyyatında texnoloji quruluşların dəyişməsi şəraitində texnoloji prioritetlərdən birinə çevrilir: “Eyni zamanda, enerji siyasətini sinxronlaşdırmadan iqtisadi əlaqələrinin inkişafı çox çətindir.
Aydındır ki, yüksək texnologiyalı emal sənayesinin inkişafı müvafiq əlçatan enerji bazası tələb edir.
Vurğulamaq lazımdır ki, müvafiq resurs bazası və pul kütləsinin artırılması imkanları ölkəmizin davamlı rəqabət üstünlüklərindən xəbər verir.
Tam oxu
Xəbəri oxu