Icma.az
close
up
RU
Dəyişən dünya nizamı: Azərbaycan rol oynaya bilər... Deputat

Dəyişən dünya nizamı: Azərbaycan rol oynaya bilər... Deputat

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlər qloballaşma institutları əsasında investisiya fəaliyyətinin səmərəli formalaşdırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, regional iqtisadi inteqrasiyanın aktuallığı artmaqdadır. Qlobal əmək bölgüsü sisteminin deqradasiyası və ənənəvi nəqliyyat və logistika arteriyalarının böhranı bölgə ölkələrinin regional istehsal klasterlərinin yaradılması və makro bazarın formalaşdırılmasını aktuallaşdırır. Eyni zamanda, iqtisadiyyatda regional inteqrasiya meyllərinin inkişafını sürətləndirmək üçün müvafiq təkanlara ehtiyac var. Hesab edirəm ki, həmin drayverlərdən biri məhz enerji amili olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Onun sözlərinə görə, iqtisadi inkişafın özəyini təşkil edən enerji sektoru dünya iqtisadiyyatında texnoloji quruluşların dəyişməsi şəraitində texnoloji prioritetlərdən birinə çevrilir:

“Eyni zamanda, enerji siyasətini sinxronlaşdırmadan iqtisadi əlaqələrinin inkişafı çox çətindir. Aydındır ki, yüksək texnologiyalı emal sənayesinin inkişafı müvafiq əlçatan enerji bazası tələb edir. Vurğulamaq lazımdır ki, müvafiq resurs bazası və pul kütləsinin artırılması imkanları ölkəmizin davamlı rəqabət üstünlüklərindən xəbər verir.

Hazırda dünya təsərrüfat sistemi müxtəlif istiqamətlər üzrə geniş və uzunmüddətli bir transformasiya yaşamaqdadır. Bu transformasiya həm də enerji təhlükəsizliyi məsələləri ilə sıx bağlıdır. Belə ki, bu gün ənənəvi enerji daşıyıcıları ilə paralel olaraq alternativ elektrik enerjisi generasiyasının da aktuallaşması müşahidə edilməkdədir. Xüsusən də, qlobal məkanda baş verən son iqtisadi və geosiyasi kataklizmlər, Avropanın enerji bazarında baş verən dəyişikliklər alternativ elektrik enerjisi istehsalına marağı artırmışdır.

Zənnimcə, bu istiqamətdə proseslərin inkişafı çərçivəsində enerji seqmentində bölgə ölkələrinin mühüm rol oynaya biləcək potensiala malik olmasını qeyd etmək vacibdir. Misal olaraq Azərbaycanın son illər ərzində alternativ enerji generasiyası ilə bağlı həyata keçirdiyi layihələr ölkənin Avropa bazarları üçün təmiz elektrik enerjisi üzrə yeni tərəfdaşa çevrilməsinə şərait formalaşdıra bilər. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək alternativ enerji potensialı bu istiqamətdə önəmlidir. Belə ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində çoxsaylı yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazırlanması planlaşdırılır ki, bu da öz növbəsində Azərbaycanın təmiz enerji ixracı ilə bağlı potensialını xeyli artıra bilər.

Bütün bu proseslərin məntiqi nəticəsi olaraq 17 dekabr 2022-ci ildə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ölkələmizin bu proseslərdə aktiv iştirakını göstərməkdədir. Sazişə əsasən Azərbaycanda alternativ enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Gürcüstan üzərindən Rumıniya və Macarıstana və bu ölkələr vasitəsilə Avropanın digər ölkələrinə Qara dəniz sualtı elektrik xətti ilə ötürülməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda növbəti illərdə Mərkəzi Asiya ölkələrinin də prosesə qoşulmasını görə bilərik ki, bu da region ölkələrindən Avropa bazarlarına təmiz elektrik enerjisi ixracının həcminin artmasını şərtləndirəcək”.

Deputat bildirib ki, dəyişən dünya nizamı çərçivəsində region ölkələrinin enegetika sahəsində iqtisadi əməkdaşlığının dərinləşməsi Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin dünya iqtisadiyyatının gələcək konyukturunun formalaşmasında önəmli rol oynayacağını deməyə imkan verir:

“Növbəti illərdə sözügedən istiqamətlər üzrə genişmiqyaslı regional layihələrin reallaşdırılması məqsədilə region ölkələri arasında investisiya və inkişafa yönəlik maliyyə mərkəzlərinin yaradılmasını məqsədəuyğun edə bilər. Zənnimcə, bu inkişaf institutları təmiz elektrik enerjisinin istehsalı ilə bağlı müştərək layihələri tələb olunan maliyyə resursları ilə təmin edə bilər.

Eyni zamanda, təbii ki, enerji sektorunun inkişafında dayanıqlılığın, fasiləsizliyin, effektivliyin təmin edilməsi üçün alternativ enerji istehsalının ənənəvi generasiyaıın sıradan çıxarılması ilə deyil, onun tamamlanması mexanizmləri üzərindən inkişaf etməsi zəruridir. Fikrimcə, bu amil enerji siyasətində rəqabət üstünlüklərinin əldə edilməsi, effektivıiyin təminatı baxımından fundamental şərtlərdəndir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Mart 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri