Icma.az, Sherg.az portalına istinadən məlumat verir. İqtisadi parametrlərlə yanaşı, Davosdakı müzakirələr də dəyişir Davos Dünya İqtisadi Fo
Beynəlxalq səviyyədə ən mühüm tədbirlərdən olan Forum bir sıra ölkə liderini, əsas beynəlxalq aktorları və ekspertləri bir məkanda birləşdir
Hər il İsveçrənin Davos şəhərində təşkil olunan tədbir çərçivəsində qlobal iqtisadi inkişafın vacib problemləri, dünya iqtisadiyyatında əsas
Davos İqtisadi Forumunda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edir.
Forumda, həmçinin, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edirlər.
İclasda ümumilikdə 3 minə yaxın insanın iştirakı gözlənilir.
Yanvarın 24-dək iştirakçılar qlobal iqtisadiyyatda yeni artım mənbələrini, biznes strategiyalarının əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə alınmaqla uyğunlaşdırılması, insan kapitalının inkişafına sərmayə qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılmasını müzakirə edəcəklər.
Bununla yanaşı, tədbir zamanı ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, eləcə də beynəlxalq səviyyədə həllərin işlənib hazırlanması üçün yeni əməkdaşlıq yollarının axtarışı məsələlərinə baxılacağı gözlənilir.