Icma.az
close
up
RU
Dəyişikliklər çox sürətlə gedir ŞƏRH

Dəyişikliklər çox sürətlə gedir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İqtisadi parametrlərlə yanaşı, Davosdakı müzakirələr də dəyişir 


Davos Dünya İqtisadi Forumu işinə başlayıb. Beynəlxalq səviyyədə ən mühüm tədbirlərdən olan Forum bir sıra ölkə liderini, əsas beynəlxalq aktorları və ekspertləri bir məkanda birləşdirən nəhəng  hadisədir. Hər il İsveçrənin Davos şəhərində təşkil olunan tədbir çərçivəsində qlobal iqtisadi inkişafın vacib problemləri, dünya iqtisadiyyatında əsas meyillər müəyyən edilir, növbəti il üçün bir növ vəzifələr təyin edilir. 


Davos İqtisadi Forumunda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edir. Forumda, həmçinin, biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edirlər. İclasda ümumilikdə 3 minə yaxın insanın iştirakı gözlənilir. Yanvarın 24-dək iştirakçılar qlobal iqtisadiyyatda yeni artım mənbələrini, biznes strategiyalarının əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə alınmaqla uyğunlaşdırılması, insan kapitalının inkişafına sərmayə qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılmasını müzakirə edəcəklər. Bununla yanaşı, tədbir zamanı ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, eləcə də beynəlxalq səviyyədə həllərin işlənib hazırlanması üçün yeni əməkdaşlıq yollarının axtarışı məsələlərinə baxılacağı gözlənilir. Davos Dünya İqtisadi Forumu hər il qlobal miqyasda mühüm iqtisadi, siyasi və sosial məsələlərin müzakirə edildiyi platformaya çevrilib. Bu forumda qlobal iqtisadi trendlər, texnoloji yeniliklər, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və sosial məsələlər müzakirə olunur. Tədbirin ölkəmiz üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycanın adı Forumun fəal ölkələri sırasında öndə gəlir. Prezident İlham Əliyev hər il Forumun işində aktiv iştirak edir, Azərbaycan lideri bu qlobal iqtisadi tədbirin ən nüfuzlu qonaqları sırasındadır. Dövlət başçısının hər il bu nüfuzlu tədbirə dəvət olunması onun dünya liderləri arasında tutduğu yüksək mövqenin göstəricisidir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları, strateji layihələri və əməkdaşlıq perspektivləri Forum çərçivəsində dünyaya çatdırılır. Ölkə başçısı öz iqtisadi, siyasi və sosial strategiyalarını geniş formatda təqdim edir. Dövlət rəhbəri hər il Forumda iştirakı zamanı ayrı-ayrı ölkələrin liderləri ilə yanaşı, dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri, tanınmış iş adamları ilə çoxsaylı görüşlər keçirir, beynəlxalq miqyaslı media qurumlarına, jurnalistlərə müsahibələr verir. Hazırda da Prezident İlham Əliyev Davos şəhərindədir və Dünya İqtisadi Forumu çərçivəsində bir sıra mühüm görüşlər keçirir. Mövcud qlobal geosiyasi vəziyyəti nəzərə alsaq, bu miqyasda baş verən hadisələr gərginliyin azaldılmasında, qlobal iqtisadi və siyasi proseslərin sabitləşdirilməsində mühüm rol oynaya bilər. Şübhəsizdir ki, Azərbaycan da bu kontekstdə Dünya İqtisadi Forumunun fəal iştirakçısı kimi qlobal problemlərin və bütün dünyanın ehtiyac duyduğu vəzifələrin həllinə öz töhfəsini verəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 21-də  Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb. COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayıb. Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunulub. Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edilib, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti Forum çərçivəsində qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti V.Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Prezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb. Görüşdə “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. “DP World” dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi cəhətdən şaxələndirmə baxımından da liderlər sırasındadır. Hazırda “DP World” dünyanın müxtəlif yerlərində 80-ə yaxın limanın operatorluğu ilə məşğuldur. Xüsusilə vurğulamaq lazımdır ki, Davos Forumu çərçivəsində Azərbaycan liderinin digər ölkə rəhbərləri və şirkət başçıları ilə təmasları birbaşa qarşı tərəfin müraciəti və xahişi əsasında reallaşıb. 


İqtisadçı-ekspert Fuad İbrahimli "Sherg.az"a açıqlamasında bildirib ki, Davos İqtisadi Forumunun əsas drayver siyasəti yeni investorların, yeni investisiyanın cəlb edilməsi olsa da, müzakirə olunan çox maraqlı məsələlər də var. Ekspertin sözlərinə görə, dünyada iqtisadi parametrlər sürətlə dəyişir: 

"5 il bundan öncəki Forum iştirakçıları bugünkü problemlərdən danışmırdılar, indiki məsələləri müzakirə etmirdilər. Dəyişikliklər çox sürətlə gedir. Məsələn, süni intellekt dünya iqtisadiyyatını elə sürətlə əhatə edir ki, parametrlər, baxışlar dəyişir. Davos Forumu təkcə investorların riskli sahələrdən güvənli sektorlara yönəldilməsi istiqamətində deyil. Artıq ölkə rəhbərləri gələcəkdə struktursuz formada işsizlər ordusunun yaranmasının qarşısını almaq istiqamətində müzakirələr aparırlar. Süni intellekt dünya iqtisadiyyatını sürətlə əhatə etdiyi üçün bu da öz növbəsində insan faktorunu mərhələli şəkildə kənarlaşdırmış olur. Eyni zamanda enerji təhlükəsizliyi məsələsi də hazırda ciddi müzakirə mövzusudur. ABŞ prezidentinin çıxışı da göstərdi ki, enerji siyasəti ilə bağlı mühüm dəyişikliklər gözlənilir. İstər süni intellekt, istər enerji təhlükəsizliyi ilə bağlı qlobal dəyişikliklər getməkdədir. Ona görə də dövlət başçılarının, nüfuzlu şirkət rəhbərlərinin görüşləri, müzakirələri çox-çox önəmlidir. Əlbəttə, Azərbaycan Prezidentinin də həm dövlət rəhbərləri, həm də beynəlxalq şirkət başçıları ilə onların ricası əsasında təmasları iqtisadi əlaqələrin güclənməsi, yeni trendlərin tətbiqi baxımından çox faydalıdır. Şübhəsiz, budəfəki Forumun da faydalı nəticələri istisna edilmir". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri