Dicey “Kavinsky” vəfat etdi

30.07.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

"Kavinsky" ləqəbi ilə tanınan fransalı dicey və musiqi prodüseri Vensan Belorje vəfat edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 50 yaşlı musiqiçi Parisdəki evində ölü tapılıb. İlkin məlumata görə, onun ölümündə kriminal iz aşkarlanmayıb. Dicey son günlər güclü baş ağrılarından əziyyət çəkib. Onun ölüm səbəbinin insult ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, "Kavinsky" 2011-ci ildə ekranlara çıxan və Rayan Qoslinqin baş rolda çəkildiyi "Drive" filminin saundtrekinə daxil edilən "Nightcall" mahnısı ilə dünya şöhrəti qazanmışdı. Bəstə sonradan elektron musiqinin ən məşhur hitlərindən birinə çevrilmişdi.

Sənətçi 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimində də "Nightcall" mahnısını canlı ifa etmişdi.

"Kavinsky" fransız elektron musiqisinin tanınmış simalarından biri idi. O, "OutRun", "Reborn" və digər layihələri ilə də böyük dinləyici auditoriyası qazanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью