Dicey “Kavinsky” vəfat etdi
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
"Kavinsky" ləqəbi ilə tanınan fransalı dicey və musiqi prodüseri Vensan Belorje vəfat edib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 50 yaşlı musiqiçi Parisdəki evində ölü tapılıb. İlkin məlumata görə, onun ölümündə kriminal iz aşkarlanmayıb. Dicey son günlər güclü baş ağrılarından əziyyət çəkib. Onun ölüm səbəbinin insult ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, "Kavinsky" 2011-ci ildə ekranlara çıxan və Rayan Qoslinqin baş rolda çəkildiyi "Drive" filminin saundtrekinə daxil edilən "Nightcall" mahnısı ilə dünya şöhrəti qazanmışdı. Bəstə sonradan elektron musiqinin ən məşhur hitlərindən birinə çevrilmişdi.
Sənətçi 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimində də "Nightcall" mahnısını canlı ifa etmişdi.
"Kavinsky" fransız elektron musiqisinin tanınmış simalarından biri idi. O, "OutRun", "Reborn" və digər layihələri ilə də böyük dinləyici auditoriyası qazanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 İyul 2026 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















