Diddi nin həbsxana həyatı: Masaj, telefon, planşet

01.10.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"P. Diddi" kimi tanınan amerikalı reper Şon Kombs həbs cəzasını imtiyazlı şəraitdə çəkir.

Axşam.az xəbər verir ki, bu barədə “NBC News” məhbuslardan birinə istinadən məlumat yayıb.

İddialara görə, reperin xidmətində bir neçə məhbus var. Onlar Kombsun əşyalarını yığışdırır, ona yemək hazırlayır və ifaçını masaj edir. Bundan başqa, Kombsun həbsxanada istifadəsi qadağan olunan əşyalara da sahib olduğu iddia edilir. Mənbənin sözlərinə görə, onun telefon və planşetdən istifadə etmək, eləcə də bahalı spirtli içkilər əldə etmək imkanı var.

Hazırda Şon Kombs Nyu-Cersidə yerləşən Fort-Diks federal həbsxanasında cəza çəkir. Mənbələr reperin azadlıqdakı həyat tərzini davam etdirmək üçün hər ay minlərlə dollar xərclədiyini iddia edib.

Qeyd edək ki, 2025-ci ilin iyul ayında Şon Kombs narkotik təsiri altında seksual xarakterli əlaqələr üçün insanları ştatlar arasında daşımaqda təqsirli bilinib. Məhkəmə onu 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью