Diddi nin həbsxana həyatı: Masaj, telefon, planşet
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"P. Diddi" kimi tanınan amerikalı reper Şon Kombs həbs cəzasını imtiyazlı şəraitdə çəkir.
Axşam.az xəbər verir ki, bu barədə “NBC News” məhbuslardan birinə istinadən məlumat yayıb.
İddialara görə, reperin xidmətində bir neçə məhbus var. Onlar Kombsun əşyalarını yığışdırır, ona yemək hazırlayır və ifaçını masaj edir. Bundan başqa, Kombsun həbsxanada istifadəsi qadağan olunan əşyalara da sahib olduğu iddia edilir. Mənbənin sözlərinə görə, onun telefon və planşetdən istifadə etmək, eləcə də bahalı spirtli içkilər əldə etmək imkanı var.
Hazırda Şon Kombs Nyu-Cersidə yerləşən Fort-Diks federal həbsxanasında cəza çəkir. Mənbələr reperin azadlıqdakı həyat tərzini davam etdirmək üçün hər ay minlərlə dollar xərclədiyini iddia edib.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Şon Kombs narkotik təsiri altında seksual xarakterli əlaqələr üçün insanları ştatlar arasında daşımaqda təqsirli bilinib. Məhkəmə onu 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 01 Oktyabr 2026 00:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















