Digər ölkələrdə avtobus zolaqları necə işləyir? Fotofakt | Icma.az
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Dünyanın bir çox ölkələrində avtobus zolaqlarında təkcə avtobuslar hərəkət etmir.
Məsələn, Londonda lisenziyalı London taksiləri, yan qoşqusu olmayan motosikletlər, mopedlər, skuterlər, motorsuz üç təkərlər, 450cc-dən aşağı motorlu üç təkərlər və velosipedlər avtobus zolaqlarından istifadə edə bilər.
Bu, proses şəhərdən-şəhərə dəyişir”. Ölkə.Az xəbər verir ki, bunu yol-nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib.
Onun sözlərinə görə, bəzi şəhərlərdə motoların zolağa girməsinə icazə verilməsə də, ümumən bir çoxunda icazə var: “İstənilən halda taksilərin avtobus zolağına girməsinə icazə vermək vacibdir.
Yol infrastukturu zəif olan bəzi ölkələrdə isə avtobus zolaqları bütöv xətlə yox, qırıq-qırıq xətlə ayrılır.
Bu o deməkdir ki, istənilən halda digər nəqliyyat vasitələri avtobus zolağına daxil olaraq sərnişin və ya yüklərin mindirib-düşülməsini həyata keçirə bilər.
Eyni zamanda, məcburi dayanma zamanı da sürücü maşını yolun əsas hissəsindən kənarlaşdıra bilir.
Tam oxu
Xəbəri oxu