Icma.az
close
up
RU
Digər ölkələrdə avtobus zolaqları necə işləyir? Fotofakt

Digər ölkələrdə avtobus zolaqları necə işləyir? Fotofakt

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dünyanın bir çox ölkələrində avtobus zolaqlarında təkcə avtobuslar hərəkət etmir. Məsələn, Londonda lisenziyalı London taksiləri, yan qoşqusu olmayan motosikletlər, mopedlər, skuterlər, motorsuz üç təkərlər, 450cc-dən aşağı motorlu üç təkərlər və velosipedlər avtobus zolaqlarından istifadə edə bilər. Bu, proses şəhərdən-şəhərə dəyişir”. 

Ölkə.Az xəbər verir ki, bunu yol-nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib. Onun sözlərinə görə, bəzi şəhərlərdə motoların zolağa girməsinə icazə verilməsə də, ümumən bir çoxunda icazə var:

“İstənilən halda taksilərin avtobus zolağına girməsinə icazə vermək vacibdir.

Yol infrastukturu zəif olan bəzi ölkələrdə isə avtobus zolaqları bütöv xətlə yox, qırıq-qırıq xətlə ayrılır. Bu o deməkdir ki, istənilən halda digər nəqliyyat vasitələri avtobus zolağına daxil olaraq sərnişin və ya yüklərin mindirib-düşülməsini həyata keçirə bilər. Eyni zamanda, məcburi dayanma zamanı da sürücü maşını yolun əsas hissəsindən kənarlaşdıra bilir. 
Bəzi ölkələrdə isə avtobus zolağı sol zolaqda çəkilir və ya orta zolaqda xüsusi mühafizə olunan formada qurulur ki, burada artıq digər nəqliyyat vasitələrinin girşi faktiki olaraq mümkün olmur. Bu qaydalar o ölkələrdə edilir ki, onların yol infrastrukturu inkişaf edib, zəbt edilməyib, yolu kəsib bina tikməyiblər”.

E.Muradlı bildirib ki, digər nəqliyyat vasitələrinin avtobus zolaqlarından yalnız zərurət yarandıqda istifadə etməsi isə sürücü mədəniyyəti inkişaf etmiş ölkələrdə daha geniş yayılıb:

“Orada insanlar başa düşür ki, zərurət olmasa, zolağa daxil olmaq olmaz. Bizdə isə icazə verildiyi təqdirdə avtobus zolaqlarında hoqqabazlıq edənlərin sayının artacağına hər kəs əmindir. Bunun qarşısını da almaq mümkündür. Yollardakı və avtobusların ön və arxa hissəsində quraşdırılan kameralar belə sürücüləri aşkar edə biləcək. Kiçik araşdırma zamanı müəyyən etmək olar ki, adam zolağa kefindən girib, yoxsa zərurət yaranıb.
Son nəticədə avtobus zolaqlarını daha səmərəli etməklə taksilər, velosipedlər, skuter və digər nəqliyyat vasitələri üçün əlçatan etmək faydalı olar. Məsələn, avtobus zolağı olan küçələrdə əlavə velozolaq yaratmağa lüzum yoxdur. Bir nişan quraşdırıb bu tip nəqliyyat vasitələrini bir zolağa yönləndirmək mümkündür”.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see302

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see182

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see181

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see169

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see169

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see152

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see150

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see149

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see141

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see137

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri