Dilləri lalım, necəsən? Günün şeiri

10.03.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün tanınmış şair İbrahim İlyaslının doğum günüdür.

Kulis.az şairi təbrik edir və "Günün şeiri" layihəsindən "Necəsən?" şeirini təqdim edir.

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahi-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, gülüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər zibam, ləlim gövhərim,
Yaqut-yəmən simu-zərim.
Barmaqları bəxtəvərim.
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?

Qadın sənətkarlarımızın əsərləri təqdim olundu "Gənclərin ən böyük problemi evdir" - Günel Natiq Niyazi Mehdi dəfn edildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью