Dilləri lalım, necəsən? Günün şeiri
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Bu gün tanınmış şair İbrahim İlyaslının doğum günüdür.
Kulis.az şairi təbrik edir və "Günün şeiri" layihəsindən "Necəsən?" şeirini təqdim edir.
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahi-cəlalım, necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, gülüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər zibam, ləlim gövhərim,
Yaqut-yəmən simu-zərim.
Barmaqları bəxtəvərim.
Başı bəlalım, necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?
Bu mövzuda digər xəbərlər:Yaşamaq necə qorxuludur... Günün şeiri
16 Noyabr 2024 12:44
Elgün üçün susma! Günün şeiri
26 May 2025 11:48
Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ
05 İyun 2025 10:48
Səndən yaman küsmüşəm Günün şeiri
05 Dekabr 2024 13:50
Yol gedirəm, yorulanadək Günün şeiri
20 Dekabr 2024 13:02
Baxış sayı:232
Bu xəbər 10 Mart 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















