Dilqəm Məhərrəmov lisenziyası ləğv olunsa da PLASTİK ƏMƏLİYYAT EDİR? | Icma.az
Demokrat.az saytına istinadən Icma.az xəbər verir. Dilqəm Məhərrəmov lisenziyası ləğv olunsa da yenə də cərrahi əməliyyat edir.
Bu barədə Ajans.az-ın rəsmi tiktok səhifəsində izləyicilər məlumat verib.Bu hal varsa Dilqəm Məhərrəmov və digər lisenziyası ləğv olunan plastik cərrahları hansı cəza gözləyir?
Məsələn, Rıjı adlı istifadəçi yazır ki, Aprelin 23‑ü əməliyyatım var, həkimim Dilqəm Məhərrəmovdur.
Kzmva isə bildirir ki, rəfiqəm aprelin 22‑si əməliyyat olunacaq.
Digər bir izləyici isə yazır ki, Dilqəm Məhərrəmovun sertifikatının müddəti martın 2-si bitsə də aprel ayında Dilqəm Məhərrəmov onu plastik əməliyyat edib.
Bu cür şərhlərin sayı çoxdur. Ajans.az olaraq Səhiyyə Nazirliyindən və hüquqşünasdan bu barədə açıqlama aldıq.Səhiyyə Nazirliyindən bildiril
İstənilən pasiyentin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ var.
Lisenziyalı özəl tibb müəssisələrinə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır.
Tam oxu
Xəbəri oxu