Icma.az
close
up
RU
Dilqəm Məhərrəmov lisenziyası ləğv olunsa da PLASTİK ƏMƏLİYYAT EDİR?

Dilqəm Məhərrəmov lisenziyası ləğv olunsa da PLASTİK ƏMƏLİYYAT EDİR?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Dilqəm Məhərrəmov lisenziyası ləğv olunsa da yenə də cərrahi əməliyyat edir. Bu barədə Ajans.az-ın rəsmi tiktok səhifəsində izləyicilər məlumat verib.
Bu hal varsa Dilqəm Məhərrəmov və digər lisenziyası ləğv olunan plastik cərrahları hansı cəza gözləyir? 
Məsələn, Rıjı adlı istifadəçi yazır ki, Aprelin 23‑ü əməliyyatım var, həkimim Dilqəm Məhərrəmovdur. Kzmva isə bildirir ki, rəfiqəm aprelin 22‑si əməliyyat olunacaq. Digər bir izləyici isə yazır ki, Dilqəm Məhərrəmovun sertifikatının müddəti martın 2-si bitsə də aprel ayında Dilqəm Məhərrəmov onu plastik əməliyyat edib. Bu cür şərhlərin sayı çoxdur. 
Ajans.az olaraq Səhiyyə Nazirliyindən və hüquqşünasdan bu barədə açıqlama aldıq.
Səhiyyə Nazirliyindən bildirildi ki, cərrahi xidmətlər göstərən istənilən tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur:
‘’Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatoloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasiyentin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ var. 
Lisenziyalı özəl tibb müəssisələrinə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır. Lakin hər hansı bir fəaliyyət subyektində plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi üçün yoxlamaların vahid məlumat reyestrindən müvafiq icazə alınmalıdır. 
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür. Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir. Konkret olaraq bu hallara görə İnzibati Xətalar Məcəlləsinin 210.1.-ci maddəsində Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə, 215.1.-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə, 215.4-cü maddəsinə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub’’.            
Məsələ ilə bağlı danışan vəkil Elşad İsayev isə deyib ki, lisenziya tələb olunan sahədə lisenziyasız fəaliyyətin inzibati xəta yoxsa cinayət məsuliyyəti yaratması vurulmuş zərər və ya gəlir həcminə bağlıdır:
‘’İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə görə, lisenziyasız və ya şərtləri pozmaqla sahibkarlıq fəaliyyəti nəticəsində vurulan ziyana (və ya əldə olunan gəlirə) görə iki-dörd misli miqdarında cərimə nəzərdə tutulur. Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
192.1-ci bəndə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki, hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cəzalandırılır. Başqa sözlə desək, əgər qeyd olunan əməllər nəticəsində 50.000 manatadək ziyan vurular yaxud bu miqdarda gəlir əldə edilərsə, həmin əməllər inzibati xəta, 50.000 manatdan yuxarı miqdarda ziyan vurulması, gəlir əldə edilməsi ilə nəticələnərsə, cinayət tərkibi yaradır''. (Ajans.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri