Turkstan.az saytına istinadən Icma.az xəbər verir. Həmzəyeva Nurlana Qərib qızı Tarix üzrə fəlsəfə doktoru, etnoqraf Mənbələrə əsaslanaraq d
Təəssüf ki, artıq bu halvanın Gəncədə hazırlanma texnologiyası unudulmaq üzərədir.
Halvanın “çalınmasının” şəhərə məxsus spesifik xüsusiyyətlərini öyrənmək üçün şəhərdə etnoqrafik sorğu keçirtdik, informatorların məlumatlarını dəqiqləşdirdik.
Məlum oldu ki, “dım-dım” halvası XX əsrin 20-ci illərinə kimi yas mərasimlərində, dəfn günü bişirilib.
İsti-isti yuxalara bükülərək və ya dayaz nimçələrdə üzərinə badam səpilərək vəfat edən şəxs torpağa tapşırılana kimi hüzr yerində iştirak edənlərə paylanılıb və qəbristanlığa da aparılıb.
Halvanın mərasimdə çalınması kədərlənən insanların ürəyinin təpər, qüvvət tapmasını, halvanın üzərinə badamın səpilməsi isə mərasimdə iştirak edənlərə uzun ömür arzulamağı simvolizə edir.
Badam uzunömürlülüyün simvolu hesab edilir. Bəhs edilən dövrdən etibarən, yas mərasimlərində “dım-dım” halvasını “tər” halvası əvəz edib.
Müasir dövrdə artıq yas mərasimlərində hazırlanan “umac” halvası isə əvvəllər şad günlərdə, nəzir süfrələrində çalınıb.