Icma.az
close
up
RU
“Dım dım” halvası Gəncədə necə hazırlanır?

“Dım dım” halvası Gəncədə necə hazırlanır?

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Həmzəyeva Nurlana Qərib qızı

Tarix üzrə fəlsəfə doktoru, etnoqraf

Mənbələrə əsaslanaraq deyə bilərik ki, “dım-dım” halvası Gəncənin ən məşhur halvası olub. Təəssüf ki, artıq bu halvanın Gəncədə hazırlanma texnologiyası unudulmaq üzərədir. Halvanın “çalınmasının” şəhərə məxsus spesifik xüsusiyyətlərini öyrənmək üçün şəhərdə etnoqrafik sorğu keçirtdik, informatorların məlumatlarını dəqiqləşdirdik.

Məlum oldu ki, “dım-dım” halvası XX əsrin 20-ci illərinə kimi yas mərasimlərində, dəfn günü bişirilib. İsti-isti yuxalara bükülərək və ya dayaz nimçələrdə üzərinə badam səpilərək vəfat edən şəxs torpağa tapşırılana kimi hüzr yerində iştirak edənlərə paylanılıb və qəbristanlığa da aparılıb. Halvanın mərasimdə çalınması kədərlənən insanların ürəyinin təpər, qüvvət tapmasını, halvanın üzərinə badamın səpilməsi isə mərasimdə iştirak edənlərə uzun ömür arzulamağı simvolizə edir. Badam uzunömürlülüyün simvolu hesab edilir. Bəhs edilən dövrdən etibarən, yas mərasimlərində “dım-dım” halvasını “tər” halvası əvəz edib. Müasir dövrdə artıq yas mərasimlərində hazırlanan “umac” halvası isə əvvəllər şad günlərdə, nəzir süfrələrində çalınıb. Umac halvasına qozun vurulması isə bununla əlaqələndirilir.

Halvanın adına mənbələrdə müxtəlif formalarda rast gəldik: “dım-dım”, “dam-dam”, “dum-dum”, “dəm-dəm”. Bu halva tam hazır olduğu zaman müşahidə edilən səslə və ya səbrlə, ahəstə bişməsilə və s. əlaqələndirilir. Gəncədə bəzən bir işi icra etməyə başlayanda, iş çətin başa gələndə “ bu sənə dım-dım halvası deyil” kimi deyimlər də var. Bu halvanın çalınmasının asan olması ilə əlaqələndirilsə də, əslində halvanın çalınması elədə tez və asan ərsəyə gəlmir. Fikrimizcə bu deyim halvanın bişən kimi isti-isti yeyilməsi ilə də bağlı ola bilər. Çünki, tərkibində yumurta olduğu üçün soyuduqdan sonra dadı və forması dəyişir.

Gəncə mətbəxinin mahir bilicilərindən olan, Gəncədə XVIII əsrdə xan sarayında hazırlanması məlum olan “xan” plovun, bəhməzli-sirkəli mütəlcəm plovun, Nadir şah dövrünə aid albalılı-çolpalı plovun bişirilmə texnologiyasını yenidən bərpa edən Cahangirov Mubin Cahan oğlu “dım-dım” halvasının hazırlanma texnologiyasını bizə təqdim etdi: Halvanı “çalmaq” üçün ərinmiş kərə yağında yumurta və şəkər tozu təxminən 20 dəqiqə kimi qarışdırılır. Yağda qovrulmuş unun üzərinə əlavə edilir. Yağ undan ayrılana kimi yenidən qovrulur. Halvanın üzərinə xırda doğranmış (rəndələnmiş) badam səpilir. Gəncədə “dım-dım” halvasının ən məşhur bişirəni Tatabad məhəlləsinin sakini Sürəyya nənə bugün də rəhmətlə anılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:672
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Fevral 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri