DİN tərəfindən silah və qumbaralar aşkarlanıb Elşad Hacıyev

02.05.2025

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanması istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

O bildirib ki, mayın 1-də paytaxt və respublikanın müxtəlif rayonlarında polis əməkdaşlarının keçirdiyi tədbirlər zamanı 4 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 alışdırıcı, 5 tüfəng, 4 patron darağı və 17 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.


Nazirlik rəsmisi vətəndaşlara çağırış edərək qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsinin vacibliyini xatırladıb. 

Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью