DİN tərəfindən silah və qumbaralar aşkarlanıb Elşad Hacıyev
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanması istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
O bildirib ki, mayın 1-də paytaxt və respublikanın müxtəlif rayonlarında polis əməkdaşlarının keçirdiyi tədbirlər zamanı 4 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 alışdırıcı, 5 tüfəng, 4 patron darağı və 17 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Nazirlik rəsmisi vətəndaşlara çağırış edərək qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsinin vacibliyini xatırladıb.
Bəsti Rəfizadə
Sfera.az

Plastik cərrahlar cəzalandırılacaq Elşad Hacıyev
11 Dekabr 2024 00:24
“Bankı günahlandırmaq doğru deyil” Elşad Hacıyev
02 May 2025 15:40
Elşad Hacıyev: Xaricdən daxil olan zənglər, yaxud...
02 May 2025 17:04
Əlinizdə olan smartfonlarda cinayətkar var Elşad Hacıyev
24 Aprel 2025 13:42
Elşad Hacıyev:”“Polis niyə baxmır, niyə araşdırmır” deyənlərə…
01 May 2025 15:25

