“Dindarların dini məsələləri sakit şəkildə müzakirə etməsi mümkün deyil” İLAHİYYATÇI | Icm…
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İslam adı ilə təqdim olunan, lakin əslində dırnaqarası uydurulmuş bir din forması uzun illərdir cəmiyyətə sırınır.
Bu yanaşma hər cür islahatın qarşısını alır. Min il əvvəl yaşamış fəqihlərin, məzhəb başçılarının və müctəhidlərin öz dövrlərinin şəraitinə
Nəticədə bu, həm gerçək dini təfəkkürün qarşısını alır, həm də insanlarda narazılıq və aqressiya yaradır”.
Bu sözləri Gununsesi.info -ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib.
Onun sözlərinə görə, müasir və sərbəst yaşamaq istəyən insanlar, o cümlədən inamsız təbəqə, bu sərt və dar çərçivəli dini baxışlara qarşı ikrah hissi ilə yanaşır: “Onlar daim “haram”, “qadağa” kimi ifadələrlə qarşılaşdıqları üçün daxilən bir gərginlik və qarşıdurma hissi formalaşır.
Maraqlıdır ki, bu aqressiya bəzən həmin qadağaları təqdim edənlərin özündə də görünür.
Çünki insan təbiəti etibarilə həm qadağalara, həm də azadlığa meyllidir. Qadağan edilən şeylərə maraq insan fitrətindən irəli gəlir.
Tam oxu
Xəbəri oxu