Icma.az
close
up
RU
“Dindarların dini məsələləri sakit şəkildə müzakirə etməsi mümkün deyil” İLAHİYYATÇI

“Dindarların dini məsələləri sakit şəkildə müzakirə etməsi mümkün deyil” İLAHİYYATÇI

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İslam adı ilə təqdim olunan, lakin əslində dırnaqarası uydurulmuş bir din forması uzun illərdir cəmiyyətə sırınır. Bu yanaşma hər cür islahatın qarşısını alır. Min il əvvəl yaşamış fəqihlərin, məzhəb başçılarının və müctəhidlərin öz dövrlərinin şəraitinə uyğun verdikləri fətvaların bu gün – 21-ci əsrdə – dəyişmədən təqdim olunması dini düşüncənin inkişafını əngəlləyir. Nəticədə bu, həm gerçək dini təfəkkürün qarşısını alır, həm də insanlarda narazılıq və aqressiya yaradır”.

Bu sözləri Gununsesi.info -ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib.

Onun sözlərinə görə, müasir və sərbəst yaşamaq istəyən insanlar, o cümlədən inamsız təbəqə, bu sərt və dar çərçivəli dini baxışlara qarşı ikrah hissi ilə yanaşır:

“Onlar daim “haram”, “qadağa” kimi ifadələrlə qarşılaşdıqları üçün daxilən bir gərginlik və qarşıdurma hissi formalaşır. Maraqlıdır ki, bu aqressiya bəzən həmin qadağaları təqdim edənlərin özündə də görünür. Çünki insan təbiəti etibarilə həm qadağalara, həm də azadlığa meyllidir. Qadağan edilən şeylərə maraq insan fitrətindən irəli gəlir. Əgər bu qadağalarla yanaşı alternativ yollar göstərilmirsə, bu zaman istər dindar, istərsə də qeyri-dindar şəxslərdə narahatlıq və daxili təzyiq yaranır.

Orta əsrlərdə formalaşmış dini fətvalar o dövrün imperiya və hüquq sisteminə uyğun olaraq hazırlanmışdı. O zaman üçün bu normal görünə bilərdi. Amma həmin hökmlərin bu günün azad və fərqli cəmiyyətlərinə olduğu kimi tətbiqi ciddi sosial və psixoloji ziddiyyətlər doğurur. Reformların qarşısı məhz bu səbəblə alınır.

İŞİD kimi radikal qrupları doğuran nə Quran idi, nə də İslamın ilkin prinsipləri. Bu, reformların qarşısını alan təhrif olunmuş təfəkkürün nəticəsidir. Belə qruplar dini hakimiyyət adı ilə qadınları istismar edir, onları alver predmetinə çevirir, zorakılıq və qətllərə yol verirlər. Halbuki insanın mənəvi ehtiyacları var və bu ehtiyaclar haram yollarla deyil, halal və icazəli yollarla qarşılanmalıdır. Bunun üçün cəmiyyət də, dövlət qanunları da uyğun şərait yaratmalıdır”.

İlahiyyatçı qeyd edib ki, bu gün cəmiyyətdə, hətta bəzi alimlər arasında belə, Quranın ruhundan uzaq, təhrif olunmuş yanaşmalar var:

“Onlar Allahın kəlamına öz maraqları prizmasından yanaşaraq insanları istismar edirlər. Əslində isə Quranın orijinal mahiyyəti, onun mexanizmi və dərin mənası kənarda qalır. Təəssüf ki, bu insanlar sadəcə özlərinin uydurduqları və fərdi maraqlara əsaslanan yozumlara əsaslanırlar. Tərcümə və təfsirlərin bir çoxu isə Quranın həqiqi mənasını deyil, şəxsi düşüncə və yanaşmaları əks etdirir.

Həqiqi Quranın və əsl İslamın ortaya çıxmasına imkan verilmir. Kim ki bu barədə danışmağa çalışır , məsələn, mənim kimi biri bir neçə nəfər oturub gerçəklikdən danışırsa dərhal başqa insanlar çıxıb onu təhqir edir, ona qarşı mübarizə aparırlar. Hətta xaricdən olanlara qarşı fətvalar verilir. Məhz bu yanaşma reformların qarşısını alan əsas maneədir. Radikallıq və aqressiyanın kökündə həmin qapalı və təhrif olunmuş düşüncə dayanır və bu acı reallığı qəbul etmək lazımdır.

Bu vəziyyət sosial şəbəkələrdə də özünü göstərir. Cəmiyyətimizdə bir neçə dindarın bir yerə yığışıb dini məsələləri sakit, anlayışlı şəkildə müzakirə etməsi, demək olar ki, mümkün deyil. Halbuki elm, təhsil, səhiyyə kimi sahələrdə mütəxəssislər fikir mübadiləsi aparır, ortaq nəticəyə gəlirlər. Dində isə hər kəsin fərqli məzhəb və məktəbinə bağlılığı səbəbindən ən sadə müzakirə belə tez bir zamanda mübahisə və qarşıdurmaya çevrilir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyul 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri