Dini Komitədən yeni QADAĞA

27.01.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda dini mövzular çox müzakirə edilsə də, din adamları ictimaiyyətə hər keçən gün daha da qapalı olmağa başlayır.

Modern.az saytı bir neçə din xadimindən müsahibə almaq üçün müraciət etsə də, həmin şəxslər müsahibə vermək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalı olduqlarını, sualları əvvəlcədən onlara göndərməyimizi xahiş ediblər. Bir neçə gün sonra isə komitənin müsahibəyə icazə vermədiyini qeyd ediblər.
Biz də Dini Komitəyə bu qadağaya aydınlıq gətirilməsi üçün sorğu göndərdik, amma hər hansı cavab ala bilmədik.

Nəticədə müşahidələr onu deməyə əsas verir ki, əsas vəzifəsi qanun çərçivəsində dini təbliğ etmək, onu qorumaq, dinlər arasında birlik yaratmaq olan komitə ölkədə dini savadsızlığın yaranmasına şərait yaradır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью