Dini Komitədən yeni QADAĞA
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda dini mövzular çox müzakirə edilsə də, din adamları ictimaiyyətə hər keçən gün daha da qapalı olmağa başlayır.
Modern.az saytı bir neçə din xadimindən müsahibə almaq üçün müraciət etsə də, həmin şəxslər müsahibə vermək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalı olduqlarını, sualları əvvəlcədən onlara göndərməyimizi xahiş ediblər. Bir neçə gün sonra isə komitənin müsahibəyə icazə vermədiyini qeyd ediblər.
Biz də Dini Komitəyə bu qadağaya aydınlıq gətirilməsi üçün sorğu göndərdik, amma hər hansı cavab ala bilmədik.
Nəticədə müşahidələr onu deməyə əsas verir ki, əsas vəzifəsi qanun çərçivəsində dini təbliğ etmək, onu qorumaq, dinlər arasında birlik yaratmaq olan komitə ölkədə dini savadsızlığın yaranmasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Yanvar 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















