“Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!” | Icma.az
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir. Dekabrın 5-də Salyan rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların pr
Əvvəlcə tədbir iştirakçıları Salyan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermis şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə YAP Salyan rayon təşkilatı sədrinin müavini Aqşin Babayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Rəşad Cəbrayılov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanda narkomaniya ilə qətiyyətli mübarizə aparılır.
Bu istiqamətdə müxtəlif dövlət proqramları qəbul edilib və bir çox layihələr həyata keçirilib.
Vurğulanıb ki, cəmiyyətdə, xüsusilə gənclər arasında zərərli vərdişlərin qarşısının alınması məqsədilə təbliğat işləri çox mühüm əhəmiyyət daşıyır.
Tam oxu
Xəbəri oxu