Icma.az
close
up
RU
“Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”

“Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Dekabrın 5-də Salyan rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!” mövzusunda interaktiv təlim təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları Salyan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermis şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə YAP Salyan rayon təşkilatı sədrinin müavini Aqşin Babayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri  Rəşad Cəbrayılov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanda narkomaniya ilə qətiyyətli mübarizə aparılır. Bu istiqamətdə müxtəlif dövlət proqramları qəbul edilib və bir çox layihələr həyata keçirilib. Vurğulanıb ki, cəmiyyətdə, xüsusilə gənclər arasında zərərli vərdişlərin qarşısının alınması məqsədilə təbliğat işləri çox mühüm əhəmiyyət daşıyır. Yeniyetmə və gənclərin narkomaniyadan qorunması sağlam gələcəyin təmin olunması üçün əsas şərtlərdəndir.

Diqqətə çatdırılıb ki, tədbirin əsas məqsədi narkotik vasitələrdən istifadənin fəsadlarına dair maarifləndirmə işlərini gücləndirmək və gənc nəslin təhlükəli vərdişlərə aludə olmasının qarşısını almaqdır.

İnteraktiv formada davam etdirilən təlimdə iştirakçıların sualları cavablandırılıb.

Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri