Diplomat: Türkiyə Amerikanın F 35 qırıcıları üçün Rusiyanın S 400 sistemlərindən imtina ed…
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hurriyyet.az xəbər verir ki, "Blumberq" (Bloomberg) agentliyinin məlumatına görə, Birləşmiş Ştatların Ankaradakı səfiri Tom Barrak Türkiyənin Amerikanın F-35 qırıcıları naminə Rusiyanın S-400 sistemlərindən imtina etdiyini bildirib.
Onun sözlərinə görə, ABŞ-nin F-35 qırıcılarını satmağa razılıq verməsi üçün Türkiyə qarşıdakı altı ay ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən imtina etməyə hazırlaşır.
Səfir bildirib ki, Rusiyanı altı il əvvəl tədarük etdiyi komlekslərdən praktikada istifadə edilmir.
Lakin onların varlığı Türkiyə-Amerika münasibətlərində gərginlik yaratmağa davam edir.
Barrak Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən konfransda deyib: "Bu məsələlərin yaxın dörd-altı ay ərzində həllini tapacağına inanıram".
Türkiyənin S-400 sitemlərindən imtina etməyə yaxın olduğu barəsində dəqiqləşdirici suala diplomat "Hə" cavabını verib.
Hürr Tərcüman Share Tweet Email Share Share Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu