Diplomat: Türkiyə Amerikanın F 35 qırıcıları üçün Rusiyanın S 400 sistemlərindən imtina edəcək
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hurriyyet.az xəbər verir ki, "Blumberq" (Bloomberg) agentliyinin məlumatına görə, Birləşmiş Ştatların Ankaradakı səfiri Tom Barrak Türkiyənin Amerikanın F-35 qırıcıları naminə Rusiyanın S-400 sistemlərindən imtina etdiyini bildirib.
Onun sözlərinə görə, ABŞ-nin F-35 qırıcılarını satmağa razılıq verməsi üçün Türkiyə qarşıdakı altı ay ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən imtina etməyə hazırlaşır.
Səfir bildirib ki, Rusiyanı altı il əvvəl tədarük etdiyi komlekslərdən praktikada istifadə edilmir. Lakin onların varlığı Türkiyə-Amerika münasibətlərində gərginlik yaratmağa davam edir. Barrak Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən konfransda deyib: "Bu məsələlərin yaxın dörd-altı ay ərzində həllini tapacağına inanıram".
Türkiyənin S-400 sitemlərindən imtina etməyə yaxın olduğu barəsində dəqiqləşdirici suala diplomat "Hə" cavabını verib.
Hürr Tərcüman
Share
Tweet
Email
Share
Share
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 05 Dekabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















