Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ona görə də bu qanunvericilik aktında diplomat olmaq istəyən soydaşlarımızın qarşısında yüksək peşə satandartları tələbinin əksini tapmasını çox düzgün sayıram.
Burada da vurğulanır, bəli, diplomat mütləq xarici dil, ilk növbədə də getdiyi ölkənin dilini bilməlidir.
Və unutmamalıdır ki, dil diplomata bir məsəldə deyildiyi kimi əsl niyyətini gizlətmək üçün yox, ilk növbədə onu reallaşdırmaq üçün lazımdır.
Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev onlar üçün ən böyük örnəkdir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev bildirib. “Əlbəttə, diplomat nə qədər çox bilsə, bir o qədər yaxşıdır.
Ancaq onun bir amalı, bir məqsədi, bir hədəfi olmalıdır ki, o da Azərbaycana xidmətdir.
Və harada çalışmasından asılı olmayaraq diplomatımız qiblə gözündə də məhz Azərbaycanı görməli, yenə də bu baxımdan liderimizdən örnək götürməldir.