Icma.az
close
up
RU
Diplomatlarımız liderimizdən örnək götürməldirlər Deputat

Diplomatlarımız liderimizdən örnək götürməldirlər Deputat

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ona görə də bu qanunvericilik aktında diplomat olmaq istəyən soydaşlarımızın qarşısında yüksək  peşə satandartları tələbinin əksini tapmasını çox düzgün sayıram. Burada da vurğulanır, bəli, diplomat mütləq xarici dil, ilk növbədə də getdiyi ölkənin dilini bilməlidir. Və unutmamalıdır ki, dil diplomata bir məsəldə deyildiyi kimi əsl niyyətini gizlətmək üçün yox, ilk növbədə onu reallaşdırmaq üçün lazımdır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev onlar üçün ən böyük örnəkdir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev  bildirib.

“Əlbəttə, diplomat nə qədər çox bilsə, bir o qədər yaxşıdır. Ancaq onun bir amalı, bir məqsədi, bir hədəfi olmalıdır ki, o da Azərbaycana xidmətdir.  Və harada çalışmasından asılı olmayaraq diplomatımız qiblə gözündə də məhz Azərbaycanı görməli, yenə də bu baxımdan liderimizdən örnək götürməldir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 44 günlük savaş zamanı, Qərbdəki  düşüncə mərkəzlərinin daha çox kontr suallarla təmin edərək  üstünə göndərdikləri media təmsilçilərini yerində oturtmasında onun yüksək intellekti, bir neçə dildə mükəmməl danışması ilə yanaşı, burada həlledici faktor vətəninə, millətinə tam bağlı olmasıyıdı, onun maraqlarını hər şeydən üstün tutmasıyıdı. Və mənə elə gəlir ki, onun həmin dövrdəki müsahibələri, beynəlxlaq ekspertlərlə görüşdə verilən sualları  necə ustalıqla cavablandırması əsl master klasslardır. Diplomatlarımız bundan çox faydalana bilərlər.

Məhz cənab İlham Əliyevin yüksək diplomatik bacarığı sayəsində biz 4 rayonumuzu ya qismən, ya da tam şəkildə döyüşsüz işğaldan qurtarmağı bacardıq, İkinci Qarabağ savaşındakı zəfərimizi bunun maraqlarına cavab vermədiyini düşünənlərə  həzm etdirdik,  Fransa kimilərin BMT-də əleyhimizə yönəlik qətnamaələrinin qəbulunun qarşısnı aldıq, rəsmi Parisin beynəlxlaq müstəvidəki antiAzərbaycan fəaliyyətini xeyli təsirsizləşdirdik. Ölkəmizi təcriddə saxlamağa çalışanların, boykotla hədələyənlərin  özlərini təcriddə saxladıq ki, burada deyildi: COP29-un uğurlu təşklili onun ən gözəl sübutudur.

Hörmətli həmkarlar, dövlətin beynəlxalq subyekt olub-olmaması ilk növbədə onun diplomatiyasında özünün göstərir ki, Azərbaycan  BMT Təhlükəsizlik Şurasına üzvülüyü və Qoşulmama Hərakatına sədrliyi dövründə  bütün dünyaya üzərinə yüksək məsuliyyət götürməyi bacaran prinsipial bir dövlət performansı sərgilədi.

Bu gün Azərbaycan diplomatiyasının qarşısında ilk növbədə regiona dayanıqlı və davamlı sülh gətirmək,  30 ildə ölkəmizə qarşı tötərtdiyi vəhşiliyə görə işğalçı Ermənistana təzminat ödətdirmək vəzifəsi durur.  Əminəm ki, diplomatlarımız cənab Prezidentin liderliyi altında bu vəzifələrin də öhdəsindən uğurla gələcəklər”,-o deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri