DİQQƏT: Bu şəxslər kreditdən məhrum edilə bilər Siyahı | Icma.az
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son 5 ildə Azərbaycanda əhalinin adambaşına düşən kredit borcu (istehlak və ipoteka) 2 dəfədən çox, kredit hesablarının həcmi isə 3 dəfəyədək artıb.
Bildirilir ki, bu müddətdə adambaşına düşən gəlirlərin artımı heç 50 faiz də olmayıb.
Yəni əhalinin borclanma sürəti onların qazanma sürətini üstələyir.
Digər tərəfdən, 2020-2025-ci illərdə adambaşına düşən gəlirlərdə kredit borcunun payı 11,2%-dən 17,3%-ə yüksəlib.
Kredit alanların artması hansı risklərə yol açır? Borcalanların sayını azaltmaq üçün kreditlərlə bağlı hansı sərt qaydalara ehtiyac var?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, son illərdə Azərbaycanda kreditləşmənin sürətlə artması, xüsusilə də əhalinin gəlirləri ilə müqayisədə daha yüksək templə böyüməsi həm iqtisadi, həm də sosial risklər doğurur: “Belə ki, kredit alanların çoxalması həddindən artıq borclanma riskini artırır.
Çünki gəlirləri stabil olmayan insanlar borc öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.
Tam oxu
Xəbəri oxu