News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bir çox insanda müşahidə olunan diqqət dağınıqlığı psixoloji səbəblərlə əlaqədardır".News24.az bildirir ki, bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu halın bir çox səbəbi ola bilər:"Nəzərə almaq lazımdır ki, hər insan fərqlidir.
Hər kəs həyat tərzi, xarakteri, zehni və duyğu olaraq bir-birindən fərqlənir.
Bəzən diqqətsizliyi tənbəlliklə, maraqsızlıqla əlaqələndiririk.
Lakin bu hal bəzən stress və ya depresiya həddini çox keçərsə, müəyyən narahatlıq kimi psixi hallarla müşahidə oluna bilər.
Eyni zamanda, diqqət dağınıqlığı fiziki ağrılar və xəstəliklər zamanı da müşahidə edilir".
Ekspert diqqəti bir yerə toplamağa əngəl olan səbəblərdən bəhs edib:"Yuxu rejiminin qaydasında olmaması, emosional və zehni yüklənmə diqqətsizliyə gətirib çıxarır.