Diqqətin yayınmasında əsas səbəb telefon deyil ARAŞDIRMA | Icma.az
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Frontiers in Computer Science” jurnalında dərc olunan araşdırma da qeyd edilib ki, insanlar diqqətlərinin yayınmasında telefondan asılı olmadan da çətinlik çəkirlər.
Tribunainfo.az valyuta.az-a istinadən xəbər verir ki, tədqiqat müəllifi, London İncəsənət Universitetinin psixoloqu doktor Maksi Haytmayer bildirib ki, telefon əlçatan olduqda istifadə artır, amma iş gününün bölünməsi dəyişmir.
22 iştirakçı ilə keçirilən eksperimentdə məlum olub ki, telefon yaxın olduqda ondan ikiqat çox istifadə edilir.
Lakin telefon uzaqda olduqda da insanlar kompüter vasitəsilə yayındıqlarını etiraf ediblər.
Alberta Universitetinin professoru doktor Noa Kastelo qeyd edib ki, nəticələr məhdud miqyaslı olsa da, telefonun uzaqlaşdırılması diqqət problemini tam həll etmir.
Haytmayer bildirir ki, insanların çoxu telefon istifadəsindən narazıdır və bu, başadüşüləndir – çünki smartfonlar diqqəti cəlb etmək üçün dizayn olunub.
O, diqqət yayındıran səbəblərin əksəriyyətinin (89%) texnoloji siqnallardan deyil, istifadəçinin daxili impulslarından qaynaqlandığını vurğulayır.
Tam oxu
Xəbəri oxu