Icma.az
close
up
RU
Diqqətin yayınmasında əsas səbəb telefon deyil ARAŞDIRMA

Diqqətin yayınmasında əsas səbəb telefon deyil ARAŞDIRMA

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Frontiers in Computer Science” jurnalında dərc olunan araşdırma da qeyd edilib ki, insanlar diqqətlərinin yayınmasında telefondan asılı olmadan da çətinlik çəkirlər. 

Tribunainfo.az valyuta.az-a istinadən xəbər verir ki, tədqiqat müəllifi, London İncəsənət Universitetinin psixoloqu doktor Maksi Haytmayer bildirib ki, telefon əlçatan olduqda istifadə artır, amma iş gününün bölünməsi dəyişmir.

22 iştirakçı ilə keçirilən eksperimentdə məlum olub ki, telefon yaxın olduqda ondan ikiqat çox istifadə edilir. Lakin telefon uzaqda olduqda da insanlar kompüter vasitəsilə yayındıqlarını etiraf ediblər.

Alberta Universitetinin professoru doktor Noa Kastelo qeyd edib ki, nəticələr məhdud miqyaslı olsa da, telefonun uzaqlaşdırılması diqqət problemini tam həll etmir.

Haytmayer bildirir ki, insanların çoxu telefon istifadəsindən narazıdır və bu, başadüşüləndir – çünki smartfonlar diqqəti cəlb etmək üçün dizayn olunub. O, diqqət yayındıran səbəblərin əksəriyyətinin (89%) texnoloji siqnallardan deyil, istifadəçinin daxili impulslarından qaynaqlandığını vurğulayır.

Ona görə də telefonu fiziki olaraq uzaqda saxlamaq – məsələn, yerinizdən qalxmalı olduğunuz məsafədə – diqqətin idarə olunmasına kömək edə bilər. Əksər hallarda insanlar sadəcə qalxmaq istəmədikləri üçün telefondan imtina edirlər.

Haytmayer və Maiami Universitetinin professoru doktor Pol Pavlo vurğulayıblar ki, texnologiya qaçılmazdır və əsas məsələ ondan necə istifadə etdiyimizi dərk etməkdir. Pavlonun araşdırması göstərir ki, dərslərdə telefona məhdudiyyətsiz çıxışı olan tələbələrin nəticələri zəifləyir.

Ceni Anderson isə yeniyetmələrlə sosial media istifadəsi haqqında açıq söhbət aparmağı, onların öz davranışlarını düşünmələrini təşviq etməyi tövsiyə edir. Haytmayer əlavə edir ki, “məhsuldarlıq təzyiqi” də insanları boş qaldıqda telefona sarılmağa vadar edir.

Nəticə: diqqətin yayınması problemini tam həll edən bir yol yoxdur, amma telefonu uzaqda saxlamaq və texnologiyaya münasibətimizi dərk etmək diqqətin idarəsinə kömək edə bilər.

Telefondan sağlam istifadə necə mümkün ola bilər?

Maiami Universitetinin “Herbert” Biznes Məktəbinin dekanı doktor Pol Pavlonun 2021-ci ildə apardığı tədqiqat göstərib ki, dərslərdə telefona məhdudiyyətsiz çıxışı olan tələbələrin nəticələri daha pis olur. Amma telefonun öyrənməyə dəstək məqsədilə istifadəsi nəticələri yaxşılaşdırır.

Pavlonun fikrincə, texnologiya qaçılmazdır və ondan maksimum faydalanmağı öyrənmək vacibdir.

Haytmayer də bu yanaşma ilə razıdır: “Biz çox vaxt məsuliyyəti telefona atırıq: ‘mən bu alətdən asılıyam, kimsə gəlib məni xilas etsin’. Amma əslində problem alətdə deyil, bizim onunla olan vərdişlərimizdədir”.

Kastelonun araşdırması da bu fikri dəstəkləyir. 2024-cü ilin fevralında apardığı tədqiqatda iştirakçılara telefonla internetə giriş bloklandıqda onlar daha çox idmanla məşğul olur, ünsiyyət qurur, hobbilərinə və kitablara vaxt ayırırdılar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 31 Mart 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri