Direktorların işə qəbulu imtahanı özünü doğrultmadı | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son günlər Azərbaycanda məktəb direktorları ilə bağlı bir neçə xoşagəlməz hadisə yaşanıb.
Əvvəlcə Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun səsyazısı yayılıb.
Direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib.
O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Araşdırmalardan sonra direktor işdən çıxarılıb.
O, müəllimlərin işə qəbulu imtahanı ilə məktəbə rəhbərlik edirdi.
Ötən gün yayılan xəbərlərdə isə Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddia edilib.
Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
Tam oxu
Xəbəri oxu