Icma.az
close
up
RU
Direktorların işə qəbulu imtahanı özünü doğrultmadı

Direktorların işə qəbulu imtahanı özünü doğrultmadı

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Azərbaycanda məktəb direktorları ilə bağlı bir neçə xoşagəlməz hadisə yaşanıb. Əvvəlcə Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun səsyazısı yayılıb. Direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Araşdırmalardan sonra direktor işdən çıxarılıb. O, müəllimlərin işə qəbulu imtahanı ilə məktəbə rəhbərlik edirdi.

Ötən gün yayılan xəbərlərdə isə Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddia edilib. Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hər iki hadisə məktəb direktorlarının təyinatı ilə bağlı müzakirələri yenidən qızışdırıb. Hazırda bir çox məktəbə direktorların işə qəbulu üzrə test imtahanından uğurla keçən şəxslər rəhbərlik edir. Ancaq bəzi ekspertlər bu prosedurun da uğursuz olduğunu düşünür. Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsinə üstünlük veriləcək. Hələlik sözügedən prosedurun icrası başlanılmayıb.

Ekspertlər direktorların işə qəbulu imtahanı sisteminin özünü doğurltmadığını, sistemdə dəyişikliklərin edilməsini labüd hesab edir.

Modern.az mövzu ilə bağlı elm və təhsil ekspertləri ilə həmsöhbət olub.

"Saxta diplomlu, yaxud kiminsə tapşırığı ilə təyin olunan direktorlar..."

Elm və təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, direktorların işə qəbulu prosesi ilə yanaşı direktorların özlərinə də nəzarət mexanizmi tətbiq olunmalıdır.

"Çünki bəzi hallarda mərkəzləşmiş qaydada imtahan götürür, direktorların işə qəbulunu həyata keçiririk. Nəticədə isə baxırıq ki, hansısa ərazi üzrə saxta diplomlu direktor fəaliyyət göstərir, yaxud kiminsə tapşırığı ilə direktor olan şəxs məktəbi idarə edir. Ona görə də düşünürəm ki, direktorların təyin edilməsini fərqli şəkildə həyata keçirə bilərik. Məsələn təhsilverənlərin sertifikatlaşdırılması prosesində yüksək göstəricisi olan müəllim heyətlərinin içərisindən seçərək yaxud idarəetmə ixtisası üzrə təhsil almış şəxsləri direktor təyin etmək olar. Amma indi görürük ki, yenə də əksəriyyət kiminsə tanışı, qohumudur. Adı da olur ki, direktorların işə qəbulu imtahanında iştirak ediblər, nəticəsi yaxşı olduğu üçün təyin ediliblər. Bu cür hallar müəllimlərin həm məktəb rəhbərliyindən həm də təhsil müəssisəsindən narazılığını dilə gətirmələrinə imkan yaradacaq. Əgər ərazidə hərhansı korpusun kiməsə kirayəyə yaxud icarəyə verilməsi isə birbaşa qanunvericiliyin tələbinin, millətin təhsil hüququnun pozulması deməkdir. Əgər sıx şəraitdə təhsil alıramsa, boş korpus kiməsə hansı səbəblə icarəyə verilir?! Bu Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən araşdırılmalıdır”.

"Yalnız pedaqoji faəliyyət deyil, idarəetmə qabiliyyəti əsas götürülməlidir"

Ekspert bildirib ki, direktorlar seçilərkən pedaqoji faəliyyət deyil, idarəetmə qabiliyyəti əsas götürülməlidir:

“Həm də bu prosesə tanış olmayan simalar cəlb edilməlidir. Məsələn kimsə 3-5 il hansısa məktəbdə çalışır, oradakı heyətlə bir-birinə öyrəşiblər. Tutaq ki, orada direktor müavini yaxud müəllim olan birinin direktor olması zamanı səmimiyyət pərdəsi aradan qalxır. Biri də var ki, tanış olmayan sima gəlir və ümumi idarəetmədə müəyyən dəyişikliklər edir. Kimsə də ona risk edərək ona rüşvət təklif etmir. Əgər belə hal yaşanırsa, müəllimlər dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Görünür həmin məktəbdə müəllimlər rüşvəti direktora əvvəlcədən verirmişlər, bəs əvvəlcə problem yox idisə, indi niyə yarandı?! Görünür aralarında hansısa situasiya olub və fikirlərini açıqlamağa özlərinə borc biliblər”.

"Direktorların işə qəbulu şəffaf keçirilmir"

Sabiq deputat Etibar Əliyev isə qeyd edib ki, məktəb rəhbərliyi sistemində təsadüfi adamlar fəaliyyət göstərirlər:

“Şükürlər olsun ki, informasiya cəmiyyətinin alətləri vasitəsi onların bu əməlləri üzə çıxır. Bu əməllər üzə çıxmasa, onlar uzun illər fəaliyyətlərini davam etdirəcək və məktəb sistemini zədələyəcəkdilər. Əvvəllər də belə hallar çox olub. Amma heç kim bundan nəticə çıxarmayıb. İndiki vəziyyətdə də nəticə çıxarmırlar. Məktəb artıq maddiyat güdən bir quruma çevrilib".

O bildirib ki, direktorların işə qəbulu şəffaf keçirilmir: "Minlərlə məktəbdə direktor yoxdur, əvəzedici var. Bu məqsədli şəkildə edilir ki, müvafiq qurumun istədiyi kimi fəaliyyət göstərsinlər. Belə olmaz axı, təyinat olmalıdır ki, məsuliyyət olsun. Digər tərəfdən də məktəb direktorlarının seçiminin nəticəsində belə mənfi halların olması göstərir ki, belə seçimlər yanlışdır. Bir məktəbin direktor yeri boşalır, başqa məktəbdən oraya direktor müavini gətirilir. Burada məqsəd nədir?! Məktəbin özündə yetişmiş bir şəxs yoxdurmu ki, bu vəzifə ona verilsin?!”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri