Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi, Azərbaycanda məktəb direktorları və direktor müavinləri sertifikasiyaya cəlb olunacaqlar.
Təhsil sahəsində baş verəcək bu yenilik bir qədər canlanma yaratdı.Bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə qeyd edib ki, direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb olunması nəzərdə tutulur.
Həmçinin təyinat zamanı namizədlərin sertifikasiya balı da nəzərə alınacaq.Bəs direktor və müavinlərinin sertifikasiyaya cəlb edilməsi təhsil sisteminə, təhsilin keyfiyyətinə necə təsir edəcək?Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya danışıb.
O qeyd edib ki, bu proses rəhbərliyin mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmasını tələb edir ki, bu da təhsilin keyfiyyətinə birbaşa təsir edir:"Bildiyimiz kimi, bu məsələ Elm və təhsil naziri tərəfindən bir mesaj kimi verildi, amma detallar barədə məlumatlar yoxdur.
Sertifikasiya nə zaman keçiriləcək, necə əhatələnəcək və s. kimi suallar açıq qalıb.
İndiyə qədər məktəb direktorları, müavinlər 20-25 ildir ki, elə təyin olunduğu tədris müəssisələrdə çalışırdılar.
Zaman-zaman direktorların və müavinlərin və müəllimlərin maaşları ilə bağlı məsələlər gündəmə gəlir.