Icma.az
close
up
RU
Direktorların NƏZƏRİNƏ: Sertifikasiya ilə bağlı MÜHÜM AÇIQLAMA

Direktorların NƏZƏRİNƏ: Sertifikasiya ilə bağlı MÜHÜM AÇIQLAMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, Azərbaycanda məktəb direktorları və direktor müavinləri sertifikasiyaya cəlb olunacaqlar. Təhsil sahəsində baş verəcək bu yenilik bir qədər canlanma yaratdı.
Bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə  qeyd edib ki, direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb olunması nəzərdə tutulur. Həmçinin təyinat zamanı namizədlərin sertifikasiya balı da nəzərə alınacaq.
Bəs direktor və müavinlərinin sertifikasiyaya cəlb edilməsi təhsil sisteminə, təhsilin keyfiyyətinə necə təsir edəcək?
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya danışıb. O qeyd edib ki, bu proses rəhbərliyin mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmasını tələb edir ki, bu da təhsilin keyfiyyətinə birbaşa təsir edir:
"Bildiyimiz kimi, bu məsələ Elm və təhsil naziri tərəfindən  bir mesaj kimi verildi, amma detallar barədə məlumatlar yoxdur.  Sertifikasiya nə zaman keçiriləcək, necə əhatələnəcək və s. kimi suallar açıq qalıb. İndiyə qədər məktəb direktorları, müavinlər 20-25 ildir ki, elə təyin olunduğu tədris müəssisələrdə çalışırdılar. 
Zaman-zaman direktorların və müavinlərin və müəllimlərin maaşları ilə bağlı məsələlər gündəmə gəlir. Onların sertifikasiyası mövzusu müzakirə edilir. Adətən şikayət edirlər ki, necə olur direktorların tabeliyində olan müəllimlər sertifikasiya olunur, amma məktəb rəhbərlərinin liderlik bacarıqları yoxlanılmır. Bu səbəbdən də düşünülür ki, direktorlar və müavinləri üçün də bu proses həyata keçəcək. Bir məsələ də var ki, məktəb direktorları və müavinlər həm də hər hansı bir sahə üzrə ixtisaslaşmış müəllimdirlər. Sertifikasiya ilə onlara imkan yaranmış olacaq ki, vəzifələrindən azad olunduqdan sonra ixtisas müəllimi kimi işləyə bilsin və kənarda qalmasın", - o, deyib.
Ekspertin sözlərinə görə bu, sertifikasiya ideyası nəzəri baxımdan məntiqlidir:
“Məktəb direktorlarının və müavinlərinin bilik, bacarıq və idarəetmə qabiliyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyətinin artırılmasına töhfə verə bilər. Həm də söz-söhbətə son qoyulacaq. Direktor və müavinlərin iş qabiliyyəti, bilik-bacarıqları, ixtisas uyğunluğu yoxlanacaq",- deyə M.Məmmədli fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Fevral 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri