Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Tibdə dırnaqlarda ağ ləkələrin olması leykonixiya ("leuko" - ağ, "onychos" - dırnaq) ad
Əgər belə ağ ləkələr tək-tək və nadir hallarda əmələ gəlir və bir müddətdən sonra yox olursa, bu narahatçılıq üçün səbəb yaratmır.
Lakin ağ ləkələr dırnaqlarda həddən artıq çoxdursa, uzun müddət ərzində qalır və keçmirsə, bu orqanizmdə olan hər hansı pozulmanın simptomu ola bilər.
Bu halda mütləq həkimə müraciət etmək lazımdır. - Əksər hallarda dırnaqlarda ağ ləkələrin səbəbi orqanizmdə bəzi vitaminlərin (A, E) və mine
Bu problemi həll etmək üçün sağlam və tamdəyərli qidalanmaq lazımdır.
Qidalanmanızda daim ət və süd məhsulları, təzə meyvə-tərəvəz, qoz-fındıq olmalıdır.
Hipovitaminozun digər ciddi əlamətləri (daim yorğunluq, beyin fəaliyyətinin zəifləməsi, dərinin, saçların, dırnaqların vəziyyətinin pisləşməsi və s.) meydana çıxdıqda vitamin-mineral komplekslərin qəbulu tələb oluna bilər.
Belə kompleksləri yalnız həkim müayinədən sonra təyin etməlidir. - Digər yayılmış səbəb göbələk infeksiyasıdır.