Icma.az
close
up
RU
Dırnaqlarda ağ ləkələrin səbəbləri

Dırnaqlarda ağ ləkələrin səbəbləri

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Tibdə dırnaqlarda ağ ləkələrin olması leykonixiya ("leuko" - ağ, "onychos" - dırnaq) adlandırılır.

Əgər belə ağ ləkələr tək-tək və nadir hallarda əmələ gəlir və bir müddətdən sonra yox olursa, bu narahatçılıq üçün səbəb yaratmır. Lakin ağ ləkələr dırnaqlarda həddən artıq çoxdursa, uzun müddət ərzində qalır və keçmirsə, bu orqanizmdə olan hər hansı pozulmanın simptomu ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır.

- Əksər hallarda dırnaqlarda ağ ləkələrin səbəbi orqanizmdə bəzi vitaminlərin (A, E) və mineralların (sink, dəmir, kalsium) çatışmazlığıdır (hipovitaminoz). Bu problemi həll etmək üçün sağlam və tamdəyərli qidalanmaq lazımdır. Qidalanmanızda daim ət və süd məhsulları, təzə meyvə-tərəvəz, qoz-fındıq olmalıdır. Hipovitaminozun digər ciddi əlamətləri (daim yorğunluq, beyin fəaliyyətinin zəifləməsi, dərinin, saçların, dırnaqların vəziyyətinin pisləşməsi və s.) meydana çıxdıqda vitamin-mineral komplekslərin qəbulu tələb oluna bilər. Belə kompleksləri yalnız həkim müayinədən sonra təyin etməlidir.

- Digər yayılmış səbəb göbələk infeksiyasıdır. Bu infeksiya gec və uzun müddət ərzində gizli şəkildə inkişaf edə bilər. Əvvəl dirnaq saralır, üzərində ləkələr əməl gəlir, dırnaq qalınlaşır, ovulur. Göbələk asanlıqla bir dırnaqdan digərinə keçir.

- Orqanizmdə zülalın çatışmazlığı zamanı da dırnaqlarda ağ ləkələr əmələ gələ bilər. Onları sayı nə qədər çoxdursa, pozulma da bir o qədər ciddidir.

Belə ləkələr uzun müddət ərzində zülalsız pəhrizlərdə oturan, tamdəyərli qidalanmayan  insanlarda əmələ gələ bilər. Qidalanmanıza zülallarla zəngin olan qidaları (ət, süd məhsulları, yumurta) daxil edin. Bir müddətdən sonra vəziyyət dəyişilməlidir. Əks halda həkimə müraciət edin - bu orqanizmdə zülalların mübadiləsinin pozulmasından xəbər verə bilər. Bu pozulma isə qara ciyər xəstəliklərinin fonunda inkişaf edə bilər.

- Anemiya (qanazlığı) zamanı dırnaqlarda ağ ləkələr əmələ gələ bilər.

- Böyrək xəstəlikləri zamanı da dırnaqlarda ağ nöqtələr və zolaqlar əmələ gələ bilər.

- Həzm sistemi xəstəlikləri və pozulmları zamanı (xüsusilə nazik bağırsaq xəstəlikləri zamanı) orqanizmə daxil olan qidalı maddələr pis mənimsənilir ki, nəticədə bu ilk növbədə dırnaqların, dərinin, saçların vəziyyətinə mənfi təsir edir.

- Güclü və ya xroniki stress dırnaqlarda ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.

- Qan dövranı pozulmaları zamanı toxumaların qidalanması pozulur ki, bunun nəticəsində də dırnaqlarda ağ ləkələr əmələ gələ bilər.

- Uşaqların dırnaqlarında ağ ləkələrin əmələ gəlməsinin səbəbi adətən vitamin və ya mineralların çatışmazlığı və disbakteriozdur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri